adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
02 Dekabr 2021 16:51
1253
SAĞLAMLIQ
A- A+

Azərbaycanda 1 772 nəfər COVID-19-a yoluxub - 21 nəfər ölüb

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1 772 yeni yoluxma faktı qeydə alınıb, 2 103 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Adalet.az-ın verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 21 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 591 885 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 558 819 nəfər müalicə olunaraq sağalıb, 7 905 nəfər vəfat edib, aktiv xəstə sayı 25 161 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 13 341, ötən müddət ərzində isə ümumilikdə 5 565 190 test aparılıb.