adalet.az header logo
  • Bakı 4°C
  • USD 1.7
01 Dekabr 2021 13:13
628
ANALİZ
A- A+

Hərbi ekspert: “Kənar müdaxilə olmayıb,  “Qarakənd-Qaraheybət” ifadələrinin müəllifləri..."

14 peşəkar hərbçinin bir helikopterdə qəza nəticəsində həlak olması xalqımızı dərin kədərə qərq edib, dərindən sarsıdıb.

Cəmiyyət hadisənin ağır təsiri altındadır və müxtəlif fikirlər, variantlar düşünür, sosial şəbəkələrdə paylaşırlar

Adalet.az xəbər verir ki, ilkin dəqiq məlumat Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi, general-polkovnik Elçin Quliyevdən gəldi.O,  hərbi helikopterin qəzaya uğraması ilə bağlı  keçirdiyi mətbuat konfransında “Helikopterin pilotu ən yüksək səviyyədə ağır şəraitlərdə uçuşlarda təlimatlı olan pilotlarımızdan biridir. Uçuş imkanı və icazəsi olan pilotlarımızdan biridir. Polkovnik Füzuli Cavadov I Qarabağ müharibəsində də iştirak edib” -dedi.

 

 Hətta DSX rəisi bildirdi ki, helikopter demək olar yenidir və qısa müddət öncə təmir işləri aparılıb..

 

Bu gün isə helikopter qəzasından sağ çıxan hərbçilərimiz polkovnik-leytenant Emil Məmməd oğlu Cəfərov və kapitan Ramin Ramiz oğlu Ədilov qəzanın baş vermə səbəbləri ilə bağlı ictimaiyyətə geniş məlumat çatdırdı.

 

 

Hərbi ekspertin fikirləri:

 

  “DSX rəisi general-polkovnik Elçin Quliyevin verdiyi məlumatdan belə məlum olur ki, helikopterin Səngəçal aerodromundan “Qaraheybət” təlim meydanı istiqamətinə 20 dəqiqəyə uçub və təlim meydanında təyin olunmuş meydançaya eniş edərkən qəzaya uğrayıb. Rəsmi məlumatdan əvvəl sosial şəbəkədə şəhid olan 14 nəfərin siyahısı dərc edildi. Bir nəfərin adı, qalanlarının ata adı məlum olmasa da, bu siyahı yanlış deyildi. Belə bir siyahının DSX-nın mətbuat xidmətindən əvvəl şəbəkədə dərc olunması, mütləq araşdırılmalıdır. Bu  gələcəkdə dövlət və hərbi sirrlərin digər mənbələrə və ya düşmənə ötürülə biləcəyini istisna etmir".

Bu fikirləri isə hərbi ekspert Ədalət Verdiyev də Moderator.az saytına söyləyib O əvvəlcə,polkovnikin bir " işçi" kimi siyahıda qeyd edilməsinə öz münasibətini bildirib: "Başqa bir məsələ isə siyahıda işçi kimi qeyd olunan Nəbiyev ilə bağlı idi. Yanız şəhidin soyadını qeyd edənlər, DSX-da xidmət edən bütün Nəbiyev soyadı daşıyanların yaxınlarını hansı vəziyyətə düşdüklərinin fərqindədilərmi? İşçi kimi qeyd olunan Nəbiyev Elçin Fikrət oğlu isə ehtiyatda olan polkovnikdir və pilotdur, yaşca ordakıların əksəriyyətindən böyükdür və təcrübəlidir. Bu siyahıda adları olan və olmayan onlarla pilota üçmağı da polkovnik Nəbiyev öyrədibsə, onun adını sonda və işçi kimi qeyd olunmalı deyildi. Bütün bunların məsuliyyəti DSX rəhbərliyinin üzərinə düşür. Baş verən qəza ilə bağlı vaxtında məlumatın dərc edilməməsi və dövlətə aid məlumatın kənara sızması, bəzi mətbuat orqanlarına tələsik çiy məlumatlarla informasiya ilə doldurmağa imkan verdi.

 

Hərbi ekspert sosial şəbəkədə qəzanı  başqa cür ictimaiyyətə sırımaq istəyənləri qınayıb:"Helikopter qəzası ilə xəbərlər dərc olunan kimi sahə ilə əlaqəsi olmayan, ömründə helikopterə bir dəfə əli ilə toxunmayan bəzi vətəndaşlarımız faktlara əsaslanmayan ehtimallar əsasında fikir yürütməklə cəmiyyətdə çaşqınlıq yaratmağa cəhd göstərməsi təəssüf hissi doğurur. Dünyanın heç bir ölkəsi aviasiya vasitələrinin qəzalarından sığortalanmayıb. Mi-17 helikopterindən 30 dəfə baha qiymətə satılan ABŞ istehsalı 5-ci nəsil F-35B qırıcısının Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin “Queen Elizabeth” aviadaşıyıcısından uçuşa hazırlaşarkən qəzaya uğramasının görüntüləri cəmi iki gün əvvəl yayılmışdı. 

 

Helikopterin qəzaya uğraması faktı ətrafında dezinformasiyalar yayılması, bizə 44 günlük Müharibədə işğal altındakı ərazilərimizi erməni işğalından azad etməklə bizə Qalib Xalq tutulunu bəxş edən Silahlı Qüvvələrimizin imicinə zərbə vurmaq cəhdlərindən başqa bir şey deyil. Azərbaycan Silahlı Qüvvələri tərəfindən həyata keçirilən təlimlərdə qəza statistikasına nəzər salsaq, görərik bizim aviasiya vasitələri helikopter istehsal edən ölkələrdən dəfələrlə az sayda qəzalara məruz qalıblar". 

 

Ə. Verdiyev  daha sonra bildirib ki, hadisə ilə bağlı Baş Prokurorluq Cinayət Məcəlləsinin “uçuş və ya uçuşa hazırlıq qaydalarını pozma ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda” və digər maddələri ilə cinayət işi başlanıb:"Hadisənin baş vermə səbəbləri araşdırılır. Qəzada yaralanan polkovnik-leytenant Cəfərov Emil Məmməd oğlunun və kapitan Ədilov Ramin Ramiz oğlunun sağlamlıq vəziyətləri normaldır. Onların qəzada sağ qalması, helikopterin aşağı hündürlükdə olması və həmin şəxslərin quyruq hissədə oturması ilə əlaqəli ola bilər. Polkovnik-leytenant Cəfərov Emil Məmməd oğlunun və kapitan Ədilov Ramin Ramiz oğlunun verdiyi ifadələr, həm də hadisə yerindən tapılan qara qutunun araşdırılması zamanı əldə edilən məlumatlar hadisənin əsl səbəblərini təyin etmək mümkün olacaq. Helikopterlərin könhə olması barədə sələnən fikirlər tam əsassızdır. “Mi-17” onilliklərlə müxtəlif ordular tərəfindən istismar edilir və sinifinin ən etubarlı vasitələrindən biridir. Onlar bir neçə il əvvəl LAHAT və “Spike-NLOS” idarəolunan raketlərlə təchiz edilib, modernləşdirilib və Vətən Müharibəsində kifayət qədər intensiv şəkildə istismar edilib. Bu istismar dövründə heç bir qəza hadisəsi qeydə alınmayıb". 

 

"Helikopterə kənar müdaxilə istisnadır, çünki helikopter aşağı yüksəklikdə və enmə zamanı qəzaya uğrayıb. Bunu helikopterin detallarının kiçik bir əraziyə səpələnməsi, onların üzərindəki boya rənginin dəyişməməsi, yanğın və partlayış izinə rast gəlinməməsi də müdaxilə olmadığını istisna edir. 

Helikopterin normadan artıq yüklənməsi də müzakirə mövzusu deyil, çünki ”Mi-17” 4000 kq yük və ya 28 nəfəri (25 nəfər desant və 3 nəfər ekipaj üzvü) daşımaq üçün nəzərdə utulub. 

 

Helikopterin mühhərikinin nasazlığı barədə deyilənlər də real səslənmir. Helikopterin iki mühərriki mövcuddur, 50 faiz yüklənmə ilə bir mühərrik belə vəzifələri yerinə yeirməyə imkan verir. Amma bunu istisna etmək də doğru deyil. Yuxarıda yazılanları nəzərə alsaq qəzanın səbəbləri bağlı belə bir qənaətə gələ bilərik. 

 

-Kənar müdaxilə və normadan artıq yüklənmə tamamilə istisna olunur;

-Pilot ehtiyatsızlığı ehtimalı mümkündür, araşıdırılır;

-Texniki nasazlıq ehtimalı mümkündür, araşdırılır;

-Hava şəraiti ehtimalı zəifdir, araşdırılır;

-Digər səbəblər, araşdırılır.

 

Helikopteri idarə edən şəhid polkovnik Füzuli Cavadovun ağır şəraitdə uçuşlar həyata keçirdiyini, Qarabağ uğrunda döyüşlərdə iştirak etdiyini nəzərə alsaq, pilot ehtiyatsızlığı ehtimalı texniki nasazlıq ehtimalından daha zəif görünür. Amma yenə də bunu istisna etmək olmaz, odur ki, araşdırmanın nəticəsini gözləməliyik". 

 

 

Ekspert  fikirlərinə bu sözlərlə yekun vurub: "Hazırda şəhidlərimiz yaxınları ilə birlikdə bütün xalqımız dərin hüzn içindədir. Hər bir şəhidin ailəsi bizim nə yazacağımızı izləyir, onlar hər bir əsaslandırılmayan rəylərimizdən narahat  olurlar. Gəlin bu ağır günümüzdə şəhid ailələrini “Qarakənd-Qaraheybət” kimi yersiz ifadələrlə narahat etmək əvəzinə, onlara ağrı-acılarını unutmaqda dəstək olaq, bu sahənin araşdırılmasında təcrübəsi olanların, informasiya sektorunda tanınmış pilotların rəylərinə etibar edək. Yaxın günlərdə qəzada sağ qalan iki zabitimiz efirdə “Kənar müdaxilə olmayıb” cümləsini işlədəndə, “Qarakənd-Qaraheybət” ifadələrinin müəllifləri özlərini harada nə necə hiss edəcəklər?


 Allah şəhidlərimizə rəhmət eləsin!

 Əntiqə Rəşid

Digər Xəbərlər