adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7
01 Dekabr 2021 11:27
1116
DÜNYA
A- A+

Lukaşenko: "Belarusiya Rusiyanın yanında olacaq"

Belarusiya prezidenti Aleksandr Lukaşenko RİA Novostiyə müsahibəsində bildirib ki, əgər Kiyev Rusiyaya qarşı düşmənçilik mövqeyində duracaqsa, onda Minsk Moskvanın tərəfində duracaq.
 

"Əgər Rusiya Ukrayna tərəfindən aqressiya qarşısında qalarsa, biz həm iqtisadi, həm hüquqi, həm də siyasi tərəfdən Rusiyanın yanında olacağıq. Bu - əsasdır"- deyə Belarusiya prezidenti  bildirib.
 

Belarusiya lideri qeyd edib ki, heç vaxt hazırda Ukraynada hökm sürən millətçilərin tərəfində ola bilməzlər. " Mən əlimdən gələnləei edəcəm ki, Ukrayna bizim olsun. Ukrayna bizimdir, orda bizim xalq yaşayır. Bu emosiya deyil, bu mənim qəti inamımdır"- deyə Lukaşenko müsahibəsində bəyan edib.
 

Belarusiyada keçirilən son prezident seçkilərindən sonra, iki dövlət arasında münasibətlər ən aşağı səviyyəyə düşüb. Rəsmi Minsk qərb dövlətlərilə yanaşı Ukrayna hakimiyyətini də Belarusiyada keçirilən seçkilərə müdaxilə etməkdə, müxalifətin mitinqlərinin keçirilməsinə yaxından dəstək verməkdə künahlandırmışdı. Kiyev seçkilərin nəticələrini və Lukaşenkonu prezidentliyinin ligitimliyini tanımımadığını bəyan etmişdir.

Rüstəm Hacıyev