adalet.az header logo
  • Bakı 4°C
  • USD 1.7
29 Noyabr 2021 09:10
415
HADİSƏ
A- A+

Ağcabədidə tibb məntəqəsi yanıb

Ağcabədi rayonunun Avşar kəndində ümumi sahəsi 480 m² olan kənd tibb məntəqəsi kimi fəaliyyət göstərən birmərtəbəli 21 otaqdan ibarət tikilinin dam örtüyü 200 m² sahədə, 1 otağının (məcburi köçkün məskunlaşıb) yanar konstruksiyaları 20 m² sahədə və qismən 18 otağının yanar konstruksiyaları yanıb.

Fövqəladə Hallar Nazirliyindən Adalet.az-a verilən məlumata görə, tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.