adalet.az header logo
  • Bakı 4°C
  • USD 1.7
18 Noyabr 2021 15:27
1156
ELM VƏ TƏHSİL
A- A+

UNEC İqtisadi Forumu keçiriləcək

1-3 dekabr tarixlərində UNEC İqtisadi Forumu keçiriləcək.

Universitetdən Adalet.az-a verilən məlumata  görə,  5 panel üzrə 30-dək, o cümlədən 20-yə qədər nüfuzlu xarici spikerlərin çıxış edəcəyi Forumun ana devizi “Zəfər Yolu”dur.

Forumda Nobel mükafatı laureatları, dünyanın tanınmış iqtisadçıları ilə xüsusi müzakirələrin keçirilməsi, eləcə də gənc alimlərin və Beynəlxalq Elm Olimpiadalarının qalibi olan şagirdlərin görüşləri, yeni kitabların təqdimatları, sərgilər və başqa maraqlı tədbirlər nəzərdə tutulub.