adalet.az header logo
  • Bakı 13°C
10 Noyabr 2021 13:53
3600
İQTİSADİYYAT
A- A+

500 milyon manatlıq saxta pensiya ləğv edilib: Bəs "saxta" olmayanlar niyə kəsilib?

"Cari ilin 10 ayında təqribən 500 milyon manat məbləğində əsassız və saxta pensiya işləri ləğv edilib".


Adalet.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev noyabrın 10-da Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında gələn ilin dövlət büdcəsi zərfinə daxil olan sənədlərin müzakirəsi zamanı deyib.

P.S. Ağdam rayonu, Üçoğlan kənd sakinləri, ruhi xəstəlikdən əziyyət çəkən  bacı-qardaş Təvəkkül Sadıqov və Esmira Sadıqovanın bu ilin əvvəlindən pensiyaları kəsilib.

 


 Goranboy rayon Hazırəhmədli kəndindən olan I Qarabağ müharibəsində şikəst olmuş II qrup  əlil Məmmədov Xəyalın əlillik pensiyası 6 aydır kəsilib. Dolanışığın bu çətin məqamında  3 dəfə Bakıdakı Respublika Əlillərin Bərpa Mərkəzinə gəlib, saatlarla orada vaxtı, əsəbləri gedib, 50 faizi kəsilib atılmış ciyərlərinin yarası,  bədənindəki qəlpələr yeri göynəyib, ağrayıb.
 Burda yüzlərlə sitat gətirmək, fakt demək  olardı... Amma kimdi fakta, sitata   baxan! Kəsin , tökün!  

Cənab nazir, 500 milyon manat məbləğində əsassız və saxta pensiya işləri ləğv edirsiniz edin, amma baxın “saxta”  kimdir, gerçək kim! Yadıma məlum filmdən bir fraza düşdü: Məşədi İbad demiş, bu gəlini gətirəndə baxmadınız ki aaa, bu kişidi, ya arvad? 


Əntiqə Rəşid