Koronavirus kaftarlara da keçdi
ABŞ-ın Kolorado ştatındakı Denver zooparkında saxlanılan kaftarlar koronavirusa yoluxub.
Zooparkda aparılan yoxlamalar zamanı 2 kaftar, 11 aslan və 2 pələngə koronavirus diaqnozu qoyulub.
Bu diaqnoz kaftarlar üçün dünyada ilk hesab olunub. Heyvanların xəstəliyi yüngül şəkildə keçirdiyi qeyd olunur.