adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
02 Noyabr 2021 15:07
542
DÜNYA
A- A+

İranda son sutkada 10 min nəfər koronavirusa yoluxub - 160 nəfər ölüb

İranda ötən sutka ərzində 160 nəfər koronavirusdan (COVID-19) ölüb, 10 104 nəfər yoluxub.

Adalet.az-ın məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.

Bununla da İranda bu virusdan ölənlərin sayı 126 616 nəfərə,

yoluxanların sayı isə 5 944 599 nəfərə çatıb. Virus daşıyıcılarından 3 818 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

İranda indiyədək 5 534 667 nəfər koronavirusdan sağalıb, 35,7 milyondan çox diaqnoz testi həyata keçirilib.

Ümumilikdə, İranda təxminən 89,2 milyon vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 53,1 milyon, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 36 milyon, üçüncü mərhələ üzrə vaksinasiya olunanların sayı 97,4 min təşkil edir.