Hərbi geyim qaydasını pozanlar 700 manatadək cərimələnəcək
Hərbi qulluqçuların, prokurorluq əməkdaşlarının və əməliyyat-axtarış fəaliyyəti subyektlərinin fərqlənmə nişanları olan geyim formalarını qanunsuz daşıyan şəxslər cərimələnə, geyimləri isə müsadirə edilə bilər.
Adalet.az Trend-ə istinadən xəbər verir ki, bununla bağlı hazırda qüvvədə olan qanunvericilikdə müvafiq müddəalar öz əksini tapıb.
Belə ki, hərbi və xüsusi geyim formalarının qanunsuz daşınmasına görə 800 manatdan 1 000 manatadək cərimə nəzərdə tutulur. Bu halda inzibati xətanın predmeti olan geyim forması da müsadirə edilir.
Həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılarkən hərbi geyim formasını daşımaq hüququ verilmiş şəxslər də bu qaydalara əməl etməlidirlər. Onların hərbi geyimi qanunla nəzərdə tutulmayan hallarda daşımalarına görə 500 manatdan 700 manatadək cərimə tətbiq edilə bilər.
Digər Xəbərlər
21 Noyabr 2026 00:12
Azərbaycan ABŞ universitetləri ilə aqrar təhsil və elmi əməkdaşlığı genişləndirir
20 Noyabr 2026 21:38
Uşaq Fondunun "Hökumət evi"ndən çıxarılması məlumatları ilə bağlı açıqlama
20 Noyabr 2026 17:37
Alyona Əliyeva DTX və Polis Akademiyasının kursantlarını mükafatlandırdı - FOTO
20 Noyabr 2026 17:02


Bakı -°C

