adalet.az header logo
  • Bakı -°C
21 Noyabr 2026 09:08
47
DÜNYA
A- A+

"Tələbə olanda dörd uşağımız var idi, amma otaqlarımız ayrı idi" - Pezeşkian

İran Prezidenti Məsud Pezeşkian əhalinin artırılması və uşaq dünyaya gətirilməsinin zəruriliyi ilə bağlı çıxışında tələbəlik illərindəki birgə həyat təcrübəsindən danışıb.

Adalet.az xəbər verir ki, onun sözləri tələbələrin gülüşünə və təəccübünə səbəb olub.

Pezeşkian vurğulayıb ki, o və həyat yoldaşı evliliyin ilk dövrlərində maliyyə imkanlarının olmamasına və ayrı yaşamalarına baxmayaraq, dörd övlad sahibi olublar.

Pezeşkian deyib: "Tələbə olanda dörd uşağımız var idi. Pulumuz da yox idi. Həyat yoldaşımın otağı başqa bir yataqxanada idi, mənimki isə başqa yataqxanada".

O, evlilik xərclərinə toxunaraq bildirib ki, evlənərkən cəmi 500 tüməni olub və hətta üzük almaq üçün də adi üzüklərlə kifayətləniblər.

Pezeşkian iqtisadi çətinliklərə və inflyasiya məsələsinə işarə edərək deyib: "Siz evlənin, pulunuzu biz verəcəyik".