adalet.az header logo
  • Bakı -°C
20 Noyabr 2026 22:20
43
DÜNYA
A- A+

"Putin müharibəyə son qoymaq istəyir" - Tramp

ABŞ prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinin Ukraynadakı münaqişəyə son qoymaq istədiyini deyib.

Adalet.az xəbər verir ki, o bu məsələ ilə bağlı davam edən danışıqların uğur qazanmaq şansının yüksək olduğunu bildirib.

"Çox məhsuldar danışıqlar aparırıq. Düşünürəm ki, bunu etmək üçün hər şansımız var", - deyə Tramp Ağ Evdə Putin və Çin prezidenti Si Cinpinlə görüşdüyü Asiya səfərindən sonra keçirilən mətbuat konfransında qeyd edib.

O bildirib ki, Rusiya prezidenti ilə ikitərəfli görüş zamanı Putin "Rusiya ilə Ukrayna arasındakı müharibəyə diplomatik yollarla son qoymaq istəyini açıq şəkildə ifadə edib".