adalet.az header logo
  • Bakı -°C
20 Noyabr 2026 17:50
46
DÜNYA
A- A+

"Evimdə isitmə cihazı yoxdur, gödəkçə ilə yatıram" - VİDEO

İran Prezidenti Məsud Pezeşkian Tehran Universitetində tələbələrlə görüş zamanı ölkədə enerji istehlakının azaldılmasının vacibliyindən danışıb.

Adalet.az bu barədə "Azad İran" "Telegram" kanalına istinadən xəbər verir.

Pezeşkian prezident olmasına baxmayaraq, evində istilik cihazlarını yandırmadığını, gecələr isə soyuqdan qorunmaq üçün paltarla yatdığını bildirib.

"Mən evimdə sizin kimi yatmıram. Mən prezidentəm, amma gödəkçə və paltarla yatıram. Evimdə heç bir isitmə cihazı yoxdur. İnanmayanı evimə aparıb göstərə bilərəm", - deyə Pezeşkian bəyan edib.