adalet.az header logo
  • Bakı 6°C
  • USD 1.7
01 Noyabr 2021 12:31
1431
DÜNYA
A- A+

Cəhənnəm vadisində növbəti zəlzələ: Niyə "Gündoğan ölkə"  təbii fəlakərlər bitmir: SƏBƏB...

Təbii fəlakətlər gözlənilməz olduğu üçün, eyni zamanda dəhşətli nəticələri ilə bəşəriyyəti hər zaman qorxu içərisində saxlayıb. Zəlzələlərin, çay daşqınlarının, torpaq sürüşməsinin, vulkan püskürməsinin, sunaminin, qasırğanın qorxulu tərəfi həm də odur ki, bu fəlakətlərin qarşısını ala biləcək nə elm, nə də texnika insanların istifadəsinə verilib. 


 Ötən gün Yaponiyada ardıcıl 2 zəlzələ qeydə alınıb


Adalet.az xəbər verir ki, bu barədə Yaponiya Meteorologiya Agentliyi məlumat yayıb. Birinci zəlzələ 5,2 bal gücündə baş verib. Zəlzələ ocağı 60 kilometr dərinlikdə yerləşib. İkinci zəlzələ isə Vakayama əyaləti sahillərində 5,1 bal gücündə baş verib. Zəlzələlərin sunami təhlükəsi yaratmadığını bildirilib.Dağıntı və tələfat barədə məlumat verilməyib.

 

 Dünyanın ən intensiv zəlzələ bölgəsi

Vikipediyanın bilgisinə görə, Yaponiya adaları Sakit okean Odlu qövsündəki vulkanik zonada yerləşir. Adalar Silur dövrünün ortalarından Pleystosen dövrünə qədər davam etmiş okeanaltı tektonik fəaliyyətlərin nəticəsidir. Bu tektonik fəaliyyətlər Filippin plitəsinin materik mənşəli Amur və Okinava plitələrinin cənubuna doğru subduksiyası və Sakit okean plitəsinin Oxot plitəsinin şimalına doğru subduksiyası ilə xarakterizə olunur. Yaponiya əslində Avroasiya materikinin şərq sahilinə bitişik idi. 15 milyon il əvvəl hərəkət edən plitələr Yaponiyanı materikdən ayıraraq şərqə doğru "sürükləmişdir" və Yapon dənizinin əmələ gəlməsinə səbəb olmuşdur.

Yaponiyada 108 fəaliyyətdə olan vulkan yerləşir. XX əsr boyunca Hokkaydodakı Şova-şinzan və Beyonesu qayalıqlarındakı Myocin-şo kimi bir neçə yeni vulkan püskürmüşdür. Tez-tez sunami ilə nəticələnən dağıdıcı zəlzələlər hər əsrdə bir neçə dəfə meydana çıxmışdır.

Odlu qövsdəki mövqeyinə görə Yaponiya zəlzələ və sunamilərə meyilli ölkədir  və inkişaf etmiş ölkələr arasında ən böyük təbii fəlakət riskinə malik dövlətdir.Yaponiyanın paytaxtı Tokio Asiyanın şərq sahilindən tutmuş Avstraliyadan şərqə qədər uzanan Sakit okean seysmik zolağında yerləşir. Bu bölgədə dünyada qeydə alınan zəlzələlərin 68%-i baş verir. Müntəzəm olaraq təbii fəlakətlərə məruz qalan Yaponiya bir o qədər də qarşılaşdığı çətinliklərin öhdəsindən gəlmək məcburiyyətində qalıb. Bəzilərinin iddia etdiyi kimi, bu cür situasiyalar yaponların milli-mədəni cizgilərinə dözümlülük kimi cəhətin də əlavə edilməsinə səbəb olub. 

 

Həyat imtahanını hər an  yaşayanlar


Maraqlıdır ki, istər ən qorxunc təbii hadisələr, istərdə, bəşəriyyətin ən qorxunc atom bombası imtahanı bu ölkənin payına düşüb: Son 100 il ərzində Yaponiyada 1923-cü ilin Böyük Kanto zəlzələsi baş verib, (nəticədə 1923-cü il 1 sentyabrda baş vermiş Böyük Kanto zəlzələsi Tokionu və Yokoxamanı yerlə-yeksan etmiş, təxminən 150000 adam tələf olmuşdur)., 1945-ci ildə Hirosima və Naqasaki şəhərlərinə iki nüvə bombası atılıb (Atom partlayışları nəticəsində Yaponiyada 150 min nəfər həlak olmuşdu. Zəlzələ ardınca okeanda yaranan nəhəng dalğalar sahilboyunda yerləşən bir çox yaşayış məskənlərini məhv etdi və ölü sayı174 min nəfərə yüksəldi) , Kobe şəhərində 1995-ci ildə zəlzələ baş verib, cəmi iki aydan sonra Tokio metrosunda zarin qazı hücumu törədilib (“Aum Şinrikyo” sektasının üzvlərinin Tokio metrosunun “Kasumiqasike” stansiyasında zarin qazını yayması nəticəsində 13 nəfərin həlak olmuş, 6 mindən çox insanın isə müxtəlif dərəcədə zəhərlənmişdi) və 2011-ci ildə Tohoku regionu üç zərbəyə məruz qalıb - zəlzələ, tsunami və nüvə stansiyasında texnogen qəza. Həttə 2019-cu ilin oktyabrında Hagibis qasırğası ölkədə miqyaslı dağıntılara və 72 nəfərin itkisinə səbəb olmuşdur. Yaponiyada tüğyan etmiş "Haqibis" qasırğasının və ondan sonrakı leysan yağışların qurbanlarının sayı 98 nəfərə çatdı. 

 Qeyd edək ki, bütün bu fəlakətlərə baxmayaraq  orta həyat həddi 83 yaş hesab olunan Yaponiya, uzun illərdir ki, dünyanın ən uzunömürlü sakinlərinin yaşadığı ölkələr sırasındadır.

Yaponiyanın cənubunda yerləşən və tez-tez 'ölümsüzlər yurdu' adlandırılan Okinava adaları, 400 ildən artıqdır ki, uzunömürlülük tədqiqatlarının qlobal mərkəzidir. 

 Əntiqə Rəşid