adalet.az header logo
  • Bakı 7°C
  • USD 1.7
01 Noyabr 2021 11:37
461
DÜNYA
A- A+

Evini təmizləyərkən xəzinə tapdı

İngiltərənin Northumberland şəhərində yaşayan 70 yaşlı qadın evini təmizləyərkən tapdığı və illər əvvəl atdığı nəhəng  tək qaş üzüyün dəyərini öyrənmək üçün zərgərə aparıb. Üzüyü araşdıran mütəxəssislər qadının öz evində sərvətlə yaşadığını aşkar ediblər.

İllərdir bit bazarlarında alış-veriş edən qadının üzüyün dəyərindən xəbəri olmadığı və qiymətli daşı sadəcə qutuda saxladığını deyib.

Üzüyün qaşının 34 karatlıq əsl brilyant olduğu üzə çıxıb.

Hərrac evinin sahibi Mark Leyn daşı görəndə gözlərinə inana bilmədiklərini və qadının üzüyü öz toy üzüyü və digər zinət əşyaları ilə birlikdə qutuda saxladığını söylədi.

Üzüyü əvvəlcə Londonda, sonra isə Belçikanın Antverpen şəhərində zərgərlik mütəxəssisləri yoxlayıb və onun 34 karatlıq brilyant olduğu təsdiqlənib.

Üzük bir ay sonra Londonda keçiriləcək hərracda satışa çıxarılacaq. Mütəxəssislər brilyant üzüyün ilkin  dəyərinin 2 milyon funt-sterling olduğunu açıqlayıb.

 

AYXAN