adalet.az header logo
  • Bakı 7°C
  • USD 1.7
01 Noyabr 2021 11:35
411
DÜNYA
A- A+

ABŞ hərbi gəmisi Qara dənizə doğru hərəkət edir

ABŞ Hərbi Dəniz Qüvvələrinin  altıncı donanmasının Mout Whitney flaqman gəmisi Qara dənizə tərəf gəlir. 

Donanmanın twitter səhifəsində verilən məlumata görə, "Mount Whitney" NATO tərəfdaşları ilə Qara dənizin şimal hissəsində hərbi təlimlər keçirmək məqsədilə bu istiqamətə hərəkət edir 
 

Gəminin göyərtəsində Altıncı donanmanın qərərgah üzvləri və NATO -nun dəniz qüvvələrinin qərərgah üzvləri yer alıb.
Ötən həftənin son günlərində amerikan və NATO komanfanlığı Aralıq və Qara dənizlərdə təhlükəsizliyi və stabilliyi qorumaq məqsədilə hərbi təlimlərə başlayacaqlar.
 

Rusiyanın xarici işlər naziri Sergey Lavrov qeyd edib ki, ABŞ Qara dəniz dövlətlərini siyasi konfrantasiyaya çəkərək, regionda stabillik yaratmır.  Rumıniya və Bolqariya sahillərində alyansın hərbi bazalarını yaratmaq planları ilə, Qara dəniz tegionunun maraqlarına xidmət etmir. "Bütün bunlara baxmayaraq bildiririk ki,  Rusiya bütün təhlükələrə cavab verməyə hazırdır"- deyə Lavrov bəyan edib.
 
Rüstəm Hacıyev