adalet.az header logo
  • Bakı 7°C
  • USD 1.7
01 Noyabr 2021 09:00
428
DÜNYA
A- A+

Şimali Makedoniyanın baş naziri istefa verdiyini açıqlayıb

Şimali Makedoniyanın baş naziri Zoran Zaev bazar günü tutduğu vəzifədən istefa verdiyini və hakim Makedoniya Sosial Demokrat İttifaqı (SDU) partiyasının rəhbəri postunu tərk etdiyini bildirib.

Adalet.az xəbər verir ki, ölkə rəhbərinin açıqlaması partiyanın rəsmi Facebook səhifəsində yayımlanıb.

"Fəxr edirəm ki, ölkəni NATO blokuna daxil etdik", - deyə o bildirib.

Zayevin istefa bəyanatını Şimali Makedoniyada müxalifətin uğur qazandığı bələdiyyə seçkilərinin nəticələrinə yekun vurulduqdan sonra verib.

Oktyabrın 31 Şimali Makedoniyada bələdiyyə seçkilərinin ikinci turu keçirilib. Respublikanın Dövlət Seçki Komissiyasının məlumatına görə, hazırda səs sayına görə lider ölkədə aparıcı müxalif partiya - Daxili Makedoniya İnqilab Təşkilatı - Makedoniya Milli Birlik Uğrunda Demokratik Partiyasıdır.