adalet.az header logo
  • Bakı 7°C
27 Oktyabr 2021 16:39
492
SAĞLAMLIQ
A- A+

Azərbaycanda 2300 nəfər COVID-19-a yoluxub - 27 nəfər vəfat edib

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 300 yeni yoluxma faktı qeydə alınıb, 1 248 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Adalet.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 27 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 522 368 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 487 674 nəfər müalicə olunaraq sağalıb, 6 966 nəfər vəfat edib, aktiv xəstə sayı 27 728 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 13 175, ötən müddət ərzində isə ümumilikdə 5 144 208 test aparılıb.