adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
27 Oktyabr 2021 10:07
810
DÜNYA
A- A+

"Azad və açıq Hind-Sakit okean regionu" istəyi

Cənub-qərbi Asiya dövlətləri assosasiyası sammitində onlayn rejimdə  iştirak edən Yaponiyanın baş naziri Fumio Kisida, sammit iştirakçılarını Hind -Sakit okean regionunun azad və açıq olması konsepsiyasına yönəltməyə diqqətlərini cəlb etməyə çağırıb.

"Bütün gücümüzü inamla açıq və azad Hind-Sakit okean reqionu konsepsiyasının inkişafına yönəltməliyik"- deyə Kisida bildirib.

Yaponiyanın  baş naziri, təklif edib ki, 2023-cü ildə  Assosasiyanın 50 illiyi münasibətilə keçiriləcək təşkilatın  sammiti Yaponiyada keçirilsin. Bu Yaponiyanın təşkilata münasibətinin yeni pilləyə yüksəlməsinin göstəricisi ola bilər.

Bu təşkilata üzv dövlətlərin əhalisinin sayı 670 milyonu əhatə edir ki, bu da onun regionda "inkişafın mərkəzinə" çevirir. Ona görə də Yaponiya "azad və açıq Hind-Sakit okean regionu" məsələsinə yüksək diqqət yetirir.

Rüstəm Hacıyev