adalet.az header logo
  • Bakı 7°C
25 Oktyabr 2021 18:05
1709
GÜNDƏM
A- A+

"Dərs"dən nəticə çıxarmamaq vərdişi: Ermənistanın qondarma "dqr"ə 303 milyon dollar yardım  planı

Ermənistanın 44 günlük müharbədə biabırcasına məğlubiyyət yaşasa da, bu biabırçılıqdan dərs almaq fikrində deyil. Qəsbkar Ermənistan hökuməti Qarabağdakı separatçı rejim üçün növbəti dəfə yardım paketi ayırıb. 


Adalet.az xəbər verir ki, 2022-ci il üçün Ermənistan dövlət büdcəsi layihəsi parlamentdə müzakirə olunub.
Büdcə layihəsində Qarabağın sülhməramlı qüvvələrin müvəqqəti nəzarəti altında olan hissəsinə yardım paketi də müzakirə olunub.
Rəsmi İrəvan gələn il Qarabağa 303 milyon dollar yardım etməyi planlaşdırıb. Həmin vəsait maaş və pensiyaların ödənilməsinə, infrastruktur layihələrinə sərf olunacaq. 2021-ci ildə yardımın məbləği 136 milyon dollar təşkil etmişdi.
 Qeyd edək ki, avqust ayında da bu tip xəbərlər yayılmışdı. Ermənistanın maliyyə naziri Tiqran Xaçatryan bildirmişdi ki, yardımın ümumi məbləği 13,4 milyard dram(təxm. 27 milyon ABŞ dolları) olacaq ki, bunun da 1,2 milyard dramı qrant şəklində, qalan hissəsi kredit şəklində olacaq... 


“ArmenianReport” nəşrinin yaydığı məlumata görə, Paşinyan açıqlama da vermişdi: “2020-ci ilin noyabr ayından bəri Qarabağ büdcəsinin ehtiyacları üçün yalnız ayırmalar 100 milyard drama(təxm. 203 milyon dollar.) yaxınlaşıb. Bu baxımdan maaşlara 3 milyard, qaz, elektrik və rabitə xərclərinin ödənilməsinə 1,2 milyard, sosial və təhsil proqramlarına 787 milyon, inşaat və evlərin təmirinə 2,6 milyard Ermənistan dramı xərclənəcək”

 Ermənistan növbəti dəfə Azərbaycanı müharibəyə təhrik etdiyi göz qabağındadır.

 Əntiqə Rəşid