adalet.az header logo
  • Bakı 26°C
  • USD 1.7
25 Oktyabr 2021 12:35
482
DÜNYA
A- A+

Türkiyə Əfqanıstana 142 ton yardım göndərdi

Türkiyə Qızıl Aypara Cəmiyyəti Əfqanıstanda köməyə ehtiyacı olan insanlara humanitar yardım göndərib.

Adalet.az xəbər verir ki, 5 TIR ilə 142 ton humanitar yardım Pakistan-Əfqanıstan sərhədindəki Torkham sərhəd qapısından keçib.

Yardım paytaxt Kabil, Daykundi, Lahman və Nuristan əyalətlərində paylanacaq. Qida yardımından 30 mindən çox insanın faydalanacağı gözlənilir.