adalet.az header logo
  • Bakı 7°C
23 Oktyabr 2021 09:00
1994
MƏDƏNİYYƏT
A- A+

Xalq artisti Canəli Əkbərov vəfat edib

Azərbaycanın Xalq artisti, xanəndə Canəli Əkbərov 81 yaşında vəfat edib.

Adalet.az-ın məlumatına görə, bu barədə onun oğlu Sabir Əkbərov məlumat verib.

Xalq artisti sabah dəfn olunacaq.

Xatırladaq ki, C.Əkbərov 1940-cı il martın 10-da Lənkəranda anadan olub.

Prezident İlham Əliyev 2020-ci ilin martında Xalq artistini Azərbaycan mədəniyyətinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edib.