SON DƏQİQƏ:

Putin digər vasitəçilərə ehtiyac görmür

  442   |  
Şriftin ölçüsü  

Beynəlxalq “Valday” Beynəlxalq diskussiya klubunun Soçidə keçirilən XVIII konfransında çıxış edən Rusiya prezidenti Azərbaycan-Ermənistan cəbhəsindəki son durum üzərində də geniş dayanıb və kifayət qədər açıq və sensasiya sayıla biləcək fikirlər səsləndirib. Sözünün əvvəlində həm Azərbaycan prezidentinin, həm Ermənistan baş nazirinin siyasi müdrikliyini xüsusi vurğulayan Putin daha sonra 44 günlük müharibəni nəzərdə tutaraq deyib: “Hadisələrin ağır faciəvi hal almasına baxmayaraq onlar cari siyasi konyukturanın fövqündə duraraq məsuliyyətli qərar qəbul edə bildilər. Nə qədər qəribə də olsa mən hər iki tərəfdə öz rəhbərlərinin ünvanına iradlar söyləyənlərin olduğunu yaxşı bilirəm. Nədənsə narazı olan və ya nəyisə daha yaxşı eləməyin mümkün olduğunu söyləyən siyasi qüvvələr həmişə olub və olacaq. Buna qarşı “buyurun, daha yaxşı edin” deyə bir cavab da olacaq. Amma hər halda prezident Əliyev və baş nazir Paşinyan qan tökülməsinin qarşısını ala bildilər”.

O öz sözlərinə davam edərək deyib: “Düzdür, insan həyatını qorumaqdan vacib bir şey olmasa da, hər halda belə bir vacib məqam da var ki, bütövlükdə regionda uzun müqddətli nizamlamaya şərait yaratmaq lazımdı. Belə bir şərait yalnız o halda yarana bilər ki, hər iki tərəf əldə olunan razılığı uzunmüddətli razılaşma kimi qəbul eləsin, hər iki tərəf dinc yanaşı yaşamağın üstünlüklərini qəbul eləsin.

Bu hamıya lazımdı. Azərbaycan Naxçıvanla normal əlaqələr yaratmaqda, Ermənistansa kommunikasiyaların bərpasında maraqlıdı. Effektli iqtisadi düzən yaratmaq, region ölkələri, o cümlədən gələcəkdə Azərbaycanla effektli əlaqələr qurmaq, Türkiyə ilə münasibətlər yaratmaq prinsipcə Ermənistanın maraqları daxilindədi. Bu bütün hallarda əsas məqsədə - iki dövlətin təhlükəsiz halda dinc yanaşı yaşaması və iqtisadi inkişafına şərait yaradılmasına gətirib çıxardacaq”…

Putin daha sonra deyib: “İndi başlıca məsələ sərhədlərdəki vəziyyəti tənzimləməkdi. Əlbəttə, burda Rusiyasız heç nə eləmək mümkün olmayacaq. Bu məsələdə Rusiya və hər iki münaqişə tərəfindən başqa heç kim lazım deyil. Niyə? Çox sadə praqmatik məsələlər var. Ona görə ki, xəritələr rus ordusunun baş qərargahındadı. Sovet dövründə sovet respublikaları arasında sərhədlərin hardan keçdiyini göstərən xəritələr. Bu sənədlərə əsaslanaraq məsələni sakitcə həll etmək olar. Orda elə şeylər var ki, qarşılıqlı kompromislər tələb edir. Hardasa nəyisə tənzimləmək, hardasa, nəyisə dəyişmək, hər iki tərəfə xeyirli olan variantlar tapmaq ehtiyacı hiss olunur ki, qəbul olunsun. Bunu etmək mümkündümü? Mümkündü.

Əlbəttə, biz çoxtərəfli format da tapa bilərdik. Məsələn, deyək ki, Minsk qrupunun işini fəallaşdıra bilərdik. Biz bunun üzərində işləyirik. Eləcə də tərəfdaşlarımızla. Başlıcası əsas məqsədə çatmağa, yəni təhlükəsiz situasiya yaratmağa və gələcək müsbət yönlü münasibətlərin qurulmasına nail olmaqdı. Hələ ki biz bütövlükdə öz qarşımıza qoyduğumuz məqsədlərə çata bilirik.

Əlbəttə, gələcəyə baxmaq lazımdı, baxmaq lazımdı ki, bundan sonra nə olacaq. Məsələ onda deyil ki, bizim Bəyanatda (Üçtərəfli bəyanat” nəzərdə tutulur-red.) Rusiya kontingentinin regionda qalma müddətinin uzadılması nəzərdə tutulub. Məgər məsələ bundadı? Məsələ iki ölkə arasında münasibətlərin qurulmasındadı.. Əsas budu. Ümid edirəm ki, biz buna müvəffəq olacağıq”- deyə Putin söyləyib.

ADALET.AZ

 

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-12-01

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
November: 27 20 13 06 04 02
October: 30 28 26 23

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK