adalet.az header logo
  • Bakı 12°C
22 Oktyabr 2021 13:09
3327
HADİSƏ
A- A+

Qəzada həlak olan şəhid xanımı maşını özü sürürmüş

Daxili İşlər Nazirliyi Kürdəmir rayonunda baş vermiş və şəhidin həyat yoldaşının ölümü ilə nəticələnən qəza ilə bağlı məlumat yayıb.

Nazirliyin Mətbuat Xidmətindən Adalet.az-a verilən məlumata görə, oktyabrın 21-də saat 14:00 radələrində Kürdəmir rayonunun Şüşün kəndi ərazisində Bakı şəhər sakini Günel Ələsgərova (şəhid Rəhim Hüseynovun arvadı) idarə etdiyi “Ford” markalı avtomobili aşırıb.

Nəticədə özü və sərnişini Emin Tağıyev hadisə yerində ölüb.

Hadisə ilə əlaqədar Kürdəmir Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.