adalet.az header logo
  • Bakı -°C
29 Noyabr 2026 19:44
45
ŞOU-BİZNES
A- A+

"Allahın yazdığı yolu heç bir bəndə dayandıra bilməz" - Güllü Muradova

Tanınmış xanəndə Güllü Muradova həyat yoldaşı Rasim Yusifovun həbsindən sonra ilk dəfə açıqlama verib. 

Adalet.az xəbər verir ki, o, sosial media hesabında yazıb:

"Allahın yazdığı yolu heç bir bəndə dayandıra bilməz. Həyatın ən ağır sınaqlarından belə alnıaçıq keçib, yenidən öz yoluna davam etmək əsl gücdür. Bu gün susanlar qoy uğurumuzla cavablarını alsınlar. Yolumuz açıq, qismətimiz gözəl olsun!".

Qeyd edək ki, R.Yusifovun üzərində narkotik vasitə aşkarlanıb. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilib. Məhkəmənin müvafiq qərarı ilə Rasim Yusifov barəsində 25 sutka müddətinə inzibati həbs qərarı verilib.

Bundan əlavə, o, müvafiq narkoloji dispanserdə qeydiyyata alınaraq məcburi müalicəyə cəlb edilib.