SON DƏQİQƏ:

“Delta plyus” ikiqat mutasiya olunub, daha tez yayılır - TƏBİB-dən XƏBƏRDARLIQ

  245   |  
Şriftin ölçüsü  

Yeni mutant kimi qələmə verilən AY.4.2 ştamı əslində yeni deyil.

Bunu Trend-ə açıqlamasında TƏBİB-in Elmi-Tədqiqat Profilaktika İnstitutunun elmi işlər üzrə direktor müavini Akif Qurbanov bildirib.

Direktor müavini deyib ki, bu virus iyulda identifikasiya olunub: "Buna “Delta plyus” ştamı deyilir. “Delta plyus” ştamının əsas xüsusiyyətləri olaraq buna ikiqat mutasiya demişdik. İkiqat mutasiya ondan ibarətdir ki, virus daha tez yayılır və orqanizmdə anticismlərə qarşı müəyyən rezisdentlik göstərir".

A. Qurbanov deyib ki, bu ştamların yayılmasına ən çox böyük Britaniyada rast gəlinib və 6 faizi identifikasiya olunub: " “Delta plyus” ştamları “Covid-19” virusunun mutasiya edilmiş formasıdır. Bundan sonra da mutasiyalar gözləyə bilərik. "Covid-19" virusları mutasiyaya meyilli virusdur. Xəstəliyin sürətlə yayılması və daha çox uşaqlarda olması, həmçinin xəstəlik simptomları, ağırlıq dərəcəsi haqqında müzakirələr aparılır və bu barədə təsdiqlənmiş elmi məlumat yoxdur.

Onu da vurğulayım ki, istər müalicə, istər profilaktika tədbirləri eynidir. Və ən əsası ekspertlərin gəldiyi qənaət budur ki, hazırda istifadə olunan vaksinlər AY.4.2 və ya "Delta plyus" ştamına qarşı effektivliyini qorumaqdadır".

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-12-04

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
December: 04
November: 27 20 13 06 04 02
October: 30 28 26

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK