adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
21 Oktyabr 2021 13:46
918
MƏMLƏKƏT
A- A+

Canəli Əkbərovun vəziyyəti ağırdır

Xalq artisti Canəli Əkbərovun səhhəti pisləşib.

Adalet.az xəbər verir ki, bu barədə xanəndənin qızı Təranə Əkbərova məlumat verib.

O bildirib ki, C.Əkbərov hazırda ev şəraitində müalicə olunur: “Bir müddətdir ki, atamın səhhətində ciddi problemlər var. Son günlər vəziyyəti xeyli pisləşib. Beyni tamam funksiyasını itirib. Durumu çox ağır olduğu üçün müalicəsini evdə davam etdiririk. Həkimlər ümidverici heç nə demir. Sadəcə möcüzə gözləyirik”.

Qeyd edək ki, C.Əkbərov iki il bundan öncə beyin insultu keçirib.(bakupost)