adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
21 Oktyabr 2021 12:28
1100
İDMAN
A- A+

Millimiz növbəti dəfə gerilədi

FİFA milli komandaların yeni reytinq siyahısını açıqlayıb.

Adalet.az qurumun saytına istinadən xəbər verir ki, Azərbaycan millisi ötən reytinqlə müqayisədə 2 pillə geriləyib. Yığmamız 1146 xalla 119-cu sırada qərarlaşıb.

Yığmanın DÇ-2022-nin seçmə mərhələsinin A qrupundakı rəqiblərindən Portuqaliya 1681 xalla 8-ci (-1), Serbiya 1527 xalla 25-ci (+3), İrlandiya 1430 xalla 51-ci (-1),Lüksemburq isə 1234 xalla 94-cü (0) yerdədir.

Siyahıya Belçika (1832) başçılıq edir. Braziliya (1820) 2-ci, Fransa (1779) 3-cü pillədə qərarlaşıb.

Qeyd edək ki, millimiz bundan əvvəlki reytinqdə 5 pillə geriləmişdi.