adalet.az header logo
  • Bakı 6°C
20 Oktyabr 2021 15:37
984
MƏMLƏKƏT
A- A+

Metro qatarında nasazlıq yarandı, intervalda gecikmə oldu

Bakıda metro qatarında nasazlıq yaranıb.

"Bakı Metropoliteni" QSC-nin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov açıqlamasında bildirib ki, metronun "Qara Qarayev" stansiyasından "Neftçilər" stansiyasına hərəkət edən qatara texniki baxış keçirilməsi zərurəti yaranıb: ""Neftçilər" stansiyasında sərnişinlər düşürülüb və qatar texniki yoxlama məqsədilə stansiya dalanına verilib. Nəticədə, iki qatar arasında 4 dəqiqəyə yaxın yubanma müşahidə olunub. Xəttə ehtiyat qatar verilib".