adalet.az header logo
  • Bakı 7°C
20 Oktyabr 2021 13:10
1127
GÜNDƏM
A- A+

Növbəti erməni həyasızlığı: "Qarabağı yalnız Ermənistan və Rusiyadan deyil, başqa ölkələrdən də turistlər ziyarət edə bilər"

Gün keçdikcə Qarabağdakı ermənilərin həyasız açıqlamaları da artır. Onların sonuncu açıqlaması Qarabağda turist marşrutları tərtib etməyə və qonaqları qəbul etməyə davam etdiklərini bildiriblər. 

Adalet.az SputnikArmenia saytına istinadən xəbər verir ki, bunu Yerevanda keçirilən 8-ci Ermənistan-Rusiya Regionlararası Forumu zamanı qondarma Artsax respublikasının “Qarabağ Turizm İnkişafı Agentliyi”nin rəhbəri Sergey Şahverdyan söyləyib:

“Respublika hakimiyyəti əvvəllər əsas sayılmayan turizm istiqamətlərini inkişaf etdirir. Amaras Monastırı ziyarət üçün tamamilə açıqdır və ümumiyyətlə, Qarabağı yalnız Ermənistan və Rusiyadan deyil, başqa ölkələrdən də turistlər ziyarət edə bilər ”.


"Artsax iki mindən çox mədəniyyət abidəsini itirdi, bunların arasında turizm baxımından da əhəmiyyətli olan bir çox obyekt var idi. İndi biz əvvəllər daha az görünən, lakin indi ön plana çıxan istiqamətlər üzərində işləyirik. "Şahverdyan vurğulayıb.

Qeyd edək ki, Azərbaycanın Qarabağ iqtisadi rayonunun bir hissəsində müvəqqəti olaraq yerləşən Rusiya sülhməramlıları nəzarəti altında olan ərazilərimizə  qanununsuz, icazə alınmadan gələnlərin sayı artmaqdadır. Sonuncu dəfə - ötən ay Amaras monastrına ziyarət gələn erməni zəvvarların monastra  “dqr” bayrağı sancması da qarşıdurmaya səbəb olmuşdu 

Əntiqə Rəşid