adalet.az header logo
  • Bakı 7°C
20 Oktyabr 2021 12:00
1143
SAĞLAMLIQ
A- A+

Çürük diş, mədə-bağırsaq və ciyər xəstəlikləri... - İnsanları bir-birindən uzaqlaşdıran pis ağız qoxusu: Çarələr...


 Ağız qoxusu insanların utandığı xoş olmayan bir vəziyyətdir. Ağızdan gələn pis qoxu həm insanın özünün, həm də ətrafdakıların narahatlığına səbəb olur. Ağızdan pis qoxu gəlməsi hansı xəstəliklərdən xəbər verir? Ağız qoxusunun qarşısı necə alınmalıdır?


Adalet.az  xəbər verir ki, xarici mətbuata istinadla xəbər verir ki,  ağız qoxusu elmi olaraq halitoz adlanır. Bunun həm fizioloji, həm də patoloji səbəbləri ola bilər. Birinci halda, ağız qoxusu səhər müşahidə edilir və gigiyena prosedurlarından sonra yox olur. İkinci vəziyyətdə, belə simptomun ortaya çıxması müəyyən tibbi səbəblərlə bağlıdır.Bu halın yaranma səbəbini bilmək lazımdır. Yaranma səbəbləri xəstəlik, ağız və diş problemləri, qidalanma, siqaret, içki və.s bu kimi vəziyyətlər ola bilər. Ağız qoxusu bir çox qidalarla yanaşı bəzi xəstəliklər səbəbilə də yarana bilər.


 Əsas səbəblər

 


Ağızdan qoxu gəlməsini istəmirsinizsə, ilk olaraq dişlərinizi və diş ətini qoruyun. Diş çürükləri və diş əti iltihabları ağız qoxusunun ən önəmli səbəblərindəndir. Ağız daxili infeksiya da bakteriya yaranmasını sürətləndiridiyi üçün ağız qoxusuna səbəb olur. Buna görə də dişlərin sağlamlığına və qulluğuna diqqət ayrılmalıdır. 
Dilinizi fırçalayın:Diş fırçalamaq üçün xüsusi fırçalar vasitəsilə dilinizi fırçalayın. Çünki bəzən dilin üzərində qalan bakteriyalar qoxu əmələ gətirə bilir.
Bol su için:Bol su içmək, (böyrəyində problemləri olmayanlar üçün) ağzıda tüpürcəyin ifrazının artmasına səbəb olur. Bunun üçün gün ərzində 2.5-3 litr su içməyiniz lazımdır.

 


Darçın istifadə edin:Darçın ağız boşluğundakı bakteriyaların məhvində ən yaxşı vasitədir. Yeməklərinizdə darçından istifadə etməyiniz pis ağız qoxunuzun azalmasına kömək edəcək.
Qarqara edin:Hər axşam dişlərinizi fırçaladıqdan sonra apteklərdə satılan ağız boşluğu üçün yaxalıyıcılarla qarqara edin.
Mütəxəssislər bildirir ki, əgər bu prosedurlardan sonra ağzınızdan yenə pis qoxu gələrsə o zaman ciddi bir xəstəliyin bədəninizdə inkişaf etdiyini düşünün! Ağızdan gələn iy müxtəlif xəstəliklərdən xəbər verə bilər. Misal üçün, ağciyər və burunətrafı ciblərin infeksiyaları (sinusitlər), qaraciyər çatışmazlığı, maddələr mübadiləsinin pozulması və s. Bəzi xəstəlikləri hətta ağızdan gələn iylə də ayırd etmək olar.  Belə ki, şəkərli diabet zamanı ağızdan aseton, böyrək çatışmazlığında balıq qoxusu gəlir. Ağızdan pis iyi aclıq, pəhriz, ağızda quruluq da əmələ gətirir. Çünki aclıq və maye qıtlığı nəticəsində orqanizmdə yağ və zülallar sərf olunmağa başlayır və mübadilə prosesi zamanı yaranmış aralıq məhsullar pis ağız qoxusuna səbəb olur.
 Əgər bu əlamətlərin hansı birinisə  ağzınızda hiss edirsinizsə, mütləq həkimə müraciət edin!