adalet.az header logo
  • Bakı 6°C
20 Oktyabr 2021 09:20
1270
SAĞLAMLIQ
A- A+

Dünyada koronavirusa yoluxanların sayı 4 faiz azalıb - ÜST

Son bir həftə ərzində dünyada 2,7 milyondan çox insan koronavirus infeksiyasına yoluxub, 46 mindən çox insan isə koronavirusdan ölüb.

Adalet.az-ın məlumatına görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) həftəlik bülletenində deyilir.

Məlumata əsasən, daha öncəki həftə ilə müqayisədə yoluxma hallarının sayı 4 faiz, ölüm hallarının sayı isə 2 faiz azalıb:

"Oktyabrın 11-dən oktyabrın 17-dək koronavirusa 2 763 957 nəfər yoluxub, 46 140 nəfər isə koronavirusdan ölüb, bu isə öncəki həftə ilə müqaysədə müvafiq olaraq 4 və 2 faiz azalıb".

Bundan əlavə bildirilir ki, ilk dəfə Böyük Britaniyada aşkarlanan "alfa" ştammı 197 ölkədə, "Delta" ştammı 193 ölkədə, "beta" ştammı 145 ölkədə, "qamma" ştammı isə 99 ölkədə qeydə alınıb.