adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
14 Oktyabr 2021 18:58
1950
ŞOU-BİZNES
A- A+

Məşhur müğənninin son görüntüsü şok etdi: Narkomaniya, alkoqolizm, psixi pozğunluq

Türk musiqisinin əsas fiqurlarından olan Yıldız Tilbə pərəstişkarlarını kədərləndirib. 


Adalet.az xəbər verir ki,  onun son halı olan fotoları sosial şəbəkədə paylaşılıb. Müğənni fotolarda həm makiyajsız, həm də solğun çöhrədə olub. Onun geyimi də özünə yaraşmayıb 

Yıldız Tilbə 1966-cı ildə İzmirdə kürd və zaza əsilli ailədə dünyaya gəlib. 6 uşağın ən kiçiyi olan Yıldız Tilbə 2-ci sinfindən məktəbi ataraq müğənnilik etməyə başlayıb. Səhnəyə gəlişi isə 1990-cı ildə klubdakı çıxışları ilə başlayıb. Bir il sonra tale onun üzünə gülür, məşhur ifaçı Sezen Aksu klubda onu dinləməyə gəlir.
Sənətçi Yıldız Tilbənin durumunu görüb ona yazığı gəlir və İstanbula öz evinə aparır. Həmin ərəfələrdə Yıldız Tilbə Sezen Aksunun qrupunda vokal oxuyur. Lakin əyyaşlığı, xəyanətkar xüsusiyyətləri tezliklə özünü göstərməyə başlayır. Günlərin birində Sezen Aksu evə dönərkən böyük ürəklə qucaq açdığı Yildız Tilbəni sevgilisi ilə bir yataqda tutur.
Qəzəblənən Sezen Aksu bu xəyanətinə görə Y.Tilbəni evindən qovur. Sənətçi yenidən gecə klublarına qayıdır və albomları üzərində çalışmağa başlayır. İlk albomu böyük uğur qazansa da əyyaşlıq, narkotik maddələrə aludəçilik sənətçini bitirib-tükətməyə başlayır.  
1996-cı ildə isə sənətçi narkotik maddə üstündə həbs edilir, bir müddət sonra isə sərbəst buraxılır. Narkotik maddələrdən qurtulmaq üçün Y.Tilbə bir müddət xəstəxanada da müalicə alır. Lakin müalicələr onu pis vərdişlərindən ayıra bilmir. Nəticədə 2004-cü ildə sənətçi xərçəng xəstəliyinə tutulur, buna görə xeyli müddət xəstəxanalarda müalicə alır, cərrahi əməliyyat olunur.
Bu azmış kimi Y.Tilbə səhnələrə də sərxoş halda çıxmaqdan çəkinmir. Bununla bağlı internet resurslarında kifayət qədər video və məlumatlar var. Hətta narkomanlığa görə həmkarları tərəfindən döyülüb. İbrahim Tatlısəs bu haqda canlı yayımda məlumat verib. Sənətçi qeyd edib ki, zamanında Y.Tilbəni bir çox pisliklərdən qoruyub, döyülməsinin qarşısını alıb.

Bir sözlə, müğənninin sürdüyü həyat tərzi onu bu günə saldı,  desək yanılmarıq.

 

Əntiqə Rəşid