Axı, Paşinyan demişdi:"Artsax olmasa, Ermənistan da yoxdur". Bəli, artıq "Artsax" yoxdu
Cənubi Qafqaz regionunda siyasi gərginliyin pik həddə olması heç kəsin gözündən yayınmır. Demək olar ki, bütün dünya nəfəsini tutaraq prosesləri diqqətlə izləyir, hansı dövlətin daha qərəzli, məkrli gedişlər etdiyinin də fərqindədir. Bütün bunlara baxmayaraq, bəzi Qarabağ gerçəkləri də var ki, Ermənistanda çox azsayda olan ağıllı adamlar artıq bunun fərqindədir.
Adalet.az xəbər verir ki, o, gerçəkliyin də biri həmin ağıllı ermənilərin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dediyi kimi ”statusun cəhənnəmə vasil olması”nı görməsi, “gorbagor olmasını” təsdiqləməsidi
Məsələn, politoloq Alen Gevondyan bir neçə gün əvvəl “Artsax” dan danışmağın artıq məsələ olduğunu bildirməsi, nə olub –bitdiyini hələ də anlamayan, daha doğrusu anlamaq istəməyən separatçı – revanşist ermənilərə şillə effekti oldu: “Artsax məsələsi artıq yoxdur və gözlənilən qeyri-sabitlik hətta bölgənin xəritəsini dəyişə bilər” deyə, açıqlama verib: “Bir neçə gün əvvəl bölgədə önəmli bir hadisə baş verdi, Mixail Saakaşvili ona qarşı cinayət işi açılandan sonra Gürcüstana qayıtdı və həbs olundu. Gürcüstan daxili sabitlik baxımından çətin günlərlə üzləşəcək.
Yeri gəlmişkən, çətinliklə üzləşəcək təkcə Gürcüstan deyil. Bunlar bölgənin Rusiyadan ayrılması proqramı ilə əlaqədardır. Bu gün Artsax məsələsi artıq yoxdur və Ermənistanın yüksək hakimiyyəti türklərlə flört edir. Bunlar 2008-ci il prosesinin yenidən başlamasının ən vacib şərtləridir. Biz ciddi siyasi və qeyri-müəyyən iqtisadi təlatümlər mərhələsinə qədəm qoyuruq”.
Əslində, ondan əvvəl də, sonrada bu fikirləri dəstəkləyən ermənilərin sayında artım var. Yadınızdadırsa, ötən həftə erməni deputat, “Siyasi İqtisadiyyat” Araşdırma İnstitutunun rəhbəri Andranik Tevanyan İkinci Qarabağ müharibəsinin ildönümü ilə bağlı xalqa müraciət etmişdi. Yerli mediada çap olunan müraciətdə Tevanyan ölkəsinin gələcəyi olmayan bir istiqamətdə irəliləməsindən gilelyənmişdi:” Əziz həmvətənlər! Artıq bir ildir ki, fərqli bir Ermənistanda yaşayırıq. Bu, 2018 -ci ildə bizə söz verilən "yeni Ermənistan" deyil. Ölkəmiz məhv olmaq üzrədir. Artıq İrəvan “Artsax”(Qarabağda mövcud olmuş qondarma rejim) təhlükəsizliyinin qarantı da deyil. Bu müharibəni uduzan Ermənistandır” -demişdi.
Eləcə də keçmiş erməni nazir Mesrop Arakelyan Ermənistanda 20 iyunda baş tutacaq növbədənkənar parlament seçkiləri öncə bununla bağlı danışarkən dedi ki, Ermənistanın artıq Artsax adlı ərazisi yoxdur: “Təsəvvür edin ki, artıq "arsax" Ermənistan Respublikasının seçki dairəsi hesab edilmir. Burada nə barədə danışmaq olar? İndi Ermənistanda bəziləri nəyin bahasına olursa-olsun, hakimiyyəti əldə saxlamaq üçün, bəziləri hakimiyyəti ələ keçirmək üçün, bəziləri isə kresloya nail olmaq üçün mübarizə aparır.”
44 günlük müharibənin təxminən ilk ongünlüyü idi. Ermənilərin savaş meydanında məğlubiyyətini bütün dünya izləyirdi. Həmin vaxt Paşinyan xalqına müraciət etdi. O, çıxışda dedi ki, "Artsax olmasa, Ermənistan da yoxdur". Yəni Qarabağın Azərbaycanın bir hissəsi olmasına razılaşmayacağıq. Qarabağ - yalnız Ermənistanla birlikdə ola bilər.
Həə, indi artıq Artsax olmadığına görə, Paşinyanın “arzuları” çiçək açmaq”
fazasına girib. Yəqin ki, politoloq Alen Gevondyan prosesi görür və narahatçılığı da məhz bu üzdəndir!
Siz çox “Artsax, Artsax” dedikcə, Ermənistanın “arzularının” çiçək açması” fazasına bizim də “köməyimiz” toxuna bilər.
Əntiqə Rəşid