adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
14 Oktyabr 2021 09:46
1351
İDMAN
A- A+

Keniyalı dünya rekordçusu öldürüldü

Qadınlar arasında 10 min metr məsafəyə qaçış üzrə dünya rekorduna sahib keniyalı atlet Aqnes Tirop evində ölü tapılıb.

Keniyanın Elqeyo-Marakvet bölgəsindəki evində qətlə yetirilən idmançının, ilkin ehtimallara görə, məişət zorakılığının qurbanı olduğu və həyat yoldaşı tərəfindən bıçaqlandığı bildirlib.

Qeyd edək ki, Tirop 2017-ci ildə qadınlar arasında dünya üçüncüsü olub. 25 yaşlı atlet dünya rekordunu Almaniyada keçirilən “Rekordlara Gedən Yol” adlı yarış zamanı müəyyənləşdirib.

 “Haber Global”