adalet.az header logo
  • Bakı 7°C
15 Oktyabr 2021 16:41
2411
GÜNDƏM
A- A+

Xabarovskidən ermənilərə gələn, Rusiya SM-n canfəşanlıqla payladığı HUMANİTAR YARDIM

Azərbaycanın Qarabağ iqtisadi rayonunun bir hissəsində müvəqqəti olaraq yerləşən Rusiya  çoxuşaqlı ailələr və çətin həyat şəraitində olan ermənilərə humanitar yardım göstərməkdə davam edirlər.


 Adalet.az  "Verelq News" saytına istinadən xəbər verir ki, bu məlumatı Rusiya Müdafiə Nazirliyi yayıb.
Sülhməramlıların baş ofisi Xabarovski şəhərində yerləşən  “Mersi” xeyriyyə təşkilatının  nümayəndələri  ilə Laçında aksiya keçirdiyi bildirilib.
Rusiya sülhməramlı kontingentinin nümayəndəsi Sergey Vladimirov ehtiyacı olan ailələrə ərzaq, geyim, ayaqqabı yardımı etdiklərini bildirib.

Ayın əvvəlindən indiyədək 4 humanitar aksiyanın keçirildiyi vurğulanıb. Aksiyaların Xankəndi, Xocavənd və Laçında baş tutduğu qeyd edilib.


 Qeyd edək ki, Rusiya Humanitar Yardım Mərkəzinin zabiti Ruslan İvanov ötən ay mediaya açıqlamasında  bildirmişdi ki, bu tip humanitar yardımlar davam etdiriləcək:“Ümumilikdə, xeyriyyəçi təşkilatları və fondlar vasitəsi ilə Rusiya sülhməramlıları, səhiyyə müəssisələri üçün qida və ehtiyac məhsulları, ixtisaslaşdırılmış tibbi avadanlıqlar və ilkin diaqnostika dəstləri ilə yanaşı, Qarabağdakı ermənilərə 220 tondan çox humanitar yardım verilib”.

 Əntiqə Rəşid