SON DƏQİQƏ:

Aqil ABBAS: XX ƏSRİN ƏN BÖYÜK «CASUSU» ÖLDÜ 

  717   |  
Şriftin ölçüsü  

Onu dünyada Doktor Xan kimi tanıyırdılar. Əsl adı isə Əbdül Qadir Xandır.

70-ci illərdə «İzvestiya» qəzeti Doktor Xan haqqında çox böyük bir məqalə dərc eləmişdi. Məqalənin adı belə idi: «Şpion veka». Ümumiyyətlə, həmin vaxtlar dünya mətbuatı hamısı Doktor Xana məqalələr həsr etmişdilər. Yadımda qalanlar odur ki, hələ orta məktəbi bitirdikdən sonra kollecdə, daha sonra universitetdə oxuyub fizika üzrə, daha sonra Almaniyaya köçüb. Və orada təhsilini davam etdirib və alman dilində doktorluq dissertasiyasını müdafiə edib. Daha sonra uran zənginləşdirilməsi üçün qaz santrifüjləri istehsal edən URENCO Avropa Konsorsiumunda işləyən Doktor Xan nüvə silahı, daha dəqiq desək, atom bombası hazırlayan zavodda fəaliyyətə başlayıb. Və çox ağıllı və güclü yaddaşı olduğuna görə zavodun və bombanın sxemi olan otaqlara buraxılışı olan 4 nəfərdən biri kimi çalışırdı. Yəni nəsə bir rəqəmi dəqiqləşdirmək üçün göndərirmişlər həmin otaqlara, o da gedib rəqəmi dəqiqləşdirirmiş. Uzun illər işi bu olub.

Pakistanda Atom Enerjisinin Komissiyası 1956-cı ildə yaradılsa da elə bir nailiyyət əldə edə bilmirdilər.

1975-ci ildə Doktor Xan tətil zamanı istirahətə getdiyi ölkədən Pakistana qaçmışdı. Aeroportda onu Pakistanın o vaxtkı baş naziri və xüsusi xidmət orqanlarının rəhbərləri qarşılamışdı.

Yazırdılar ki, guya uranın zənginləşdirilməsi sxemini oğurlayıbmış. Əslində isə elə deyil.

Doktor Xan Baş nazirə hərbi salam verərək demişdi ki, zavodun da, bombanın da layihəsini gətirmişəm, beynimdədi.

Deməli, zavodun və bombanın layihəsi 50 cilddən ibarət imiş. Və bu boyda bir layihəni yaddaşına köçürübmüş. İnsanda belə bir yaddaş, dünyanı dəhşətə gətirmişdi. Ona görə də Doktor Xanı «Əsrin casusu» adlandırmışdılar.

Və qısa bir müddətdə Pakistan zavodu da tikdi, atom bombasını da yaratdı.

Atom bombası urandan hazırlanır. Təbii ki, Pakistanda da uran mədənləri yoxdur. Dünyada ən böyük uran mədəni Cənubi Afrika Respublikasındadı.

Həmin vaxt daha qəribə bir hadisə baş verdi. Cənubi Afrika Respublikasında mədənlərdən 20 ton uran oğurlandı. Sonra yazdılar ki, bu qədər uranı Cənubi Afrika Respublikasından Pakistan kəşfiyyatı çıxarıb və gizli yollarla ölkəyə gətirib.

Ən maraqlısı odur ki, belə bir alimi 2004-cü ildə həbs də eləmişdilər. Onu da qeyd edim ki, Pakistan ilk nüvə sınağını 1998-ci ildə keçirmişdi.

Pakistan bu gün dünyada nüvə silahına malik olan yeganə müsəlman dövlətidi.

Yeri gəlmişkən, Milli Cəbhə Partiyasının sədri Razi Nurullayev sonuncu prezident seçkilərində namizəd kimi çıxış edərkən demişdir ki, prezident seçilərəmsə Pakistandan iki atom bombası alacam. Amma seçilə bilmədi deyin, atom bombasız qaldıq.

Bu yazdıqlarım film deyil, amma deyəsən (mən baxmamışam) Doktor Xan haqqında film çəkilib.

Oktyabrın 10-da Doktor Xan 85 yaşında Tanrıya qovuşdu.

Yeri behişt olsun.

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-10-21
2021-10-20

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
October: 21 19 16 14 12 09 07 05 02
September: 25

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK