adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
09 Oktyabr 2021 11:50
1474
ANALİZ
A- A+

 Müstəqil Azərbaycanda hərbi paradlar: İlk paraddan Qələbə paradınadək...

Bu gün müstəqillik dövründə Azərbaycan Silahlı Qüvvələrinin keçirdiyi ilk hərbi paraddan 29 il ötür.


Adalet.az xəbər verir ki, 1991-ci ildə dövlət müstəqilliyinin bərpasından sonra Azərbaycan ordusunun yaradılması haqqında qərar qəbul edildi. 1992-ci il oktyabrın 9-da – Azərbaycan Ordusunun yaranmasının bir illiyi münasibəti ilə Bakı şəhərində hərbi parad keçirilidi  Paradı dövrün müdafiə naziri Rəhim Qazıyev qəbul edib. Şəxsi heyət qarşısında isə sabiq prezident Əbülfəz Elçibəy çıxış edib.


Paradda o dövrdə Azərbaycan Silahlı Qüvvələrinin arsenalında olan məhdud sayda hərbi texnikalar nümayiş etdirilib. Tədbirin sonunda vertolyotlardan «Azadlıq» meydanına paraşütlə əsgərlər atılıb.

 


Xatırladaq ki, Azərbaycanda ilk hərbi parad Cümhuriyyət dövründə - 1919-cu il mayın 28-i Bakıda indiki Muzey mərkəzinin yerləşdiyi ərazidə keçirilib.1920-ci ildə Azərbaycan sovet Rusiyası tərəfindən işğal edildikdən sonra Cümhuriyyət döründə yaradılan hərbi nazirlik ləğv olundu və Milli Ordunun 15 generalı bolşeviklər tərəfindən güllələndi.


 Müstəqil Azərbaycanda hərbi parad ənənəsi



Ulu öndər Heydər Əliyevin 22 may 1998-ci il tarixli qərarına əsasən, 26 iyun Silahlı Qüvvələr Günü elan olundu.
2008-ci il iyunun 26-da Silahlı Qüvvələrin Ali Baş Komandanı, prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə ikinci hərbi parad keçirilib.


2011-ci il iyunun 26-da isə Silahlı Qüvvələr Günü və müstəqilliyin bərpasının 20 illiyi münasibətilə müasir Azərbaycan Ordusunun növbəti – üçüncü hərbi paradı təşkil olunub. 


Azərbaycanda keçirilən dördüncü hərbi parad 2013-cü ildə Silahlı Qüvvələr Gününün yaranmasının 95 illiyinə həsr edildi.
 26 iyun 2018-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi münasibətilə Bakıda təntənəli hərbi parad keçirilib Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev hərbi paradda olub. 

 Zəfər Paradı

 

Nəhayət 2020-ci il dekabrın 10-da Bakıda Azadlıq Meydanında Qələbə Paradı və ya Zəfər Paradı — İkinci Qarabağ Müharibəsində (Vətən Müharibəsində) Azərbaycanın qələbəsi şərəfinə Bakıda keçirilən tarixi hərbi parad. Paradda 3000 Azərbaycan əsgəri və zabiti ilə yanaşı və türk əsgər və zabitləri də iştirak etmişdir.

Paradı Azərbaycan Silahlı Qüvvələrinin ali baş komandanı Azərbaycan Prezidenti İlham Əliyev və fəxri qonaq qismində dəvət olunmuş Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan qəbul etmişdir.

Parada Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin rəisi və müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyev komandanlıq etmişdir.. Şuşa şəhəri azad edildikdən sonra, Azərbaycan hərbçiləri tərəfindən şəhər üzərində qaldırılan Zəfər bayrağı parada gətirilmişdir
Müharibə zamanı qənimət kimi ələ keçirilmiş Ermənistan Silahlı Qüvvələrinə məxsus hərbi texnikanın bir qismi nümayiş olunmuşdur.[8] Azadlıq Meydanında keçirilən hərbi paradda 150-dək hərbi texnika, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnika, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, eləcə də hərbi gəmi və katerlər nümayiş etdirilmişdir

Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğanla yanaşıtədbirdə yerli və xarici rəsmi qonaqlar, diplomatik korpusların nümayəndələri də iştirak etmişdilər.

Hərbi parad Bakı sakinlərində böyük maraq doğurmuşdu, şəhərin müxtəlif yerlərində toplaşan və COVID-19 ilə əlaqəli qaydalara baxmayaraq paradı yaxından izləməyə çalışmışdılar
Qələbə Paradının ssenari müəllifi və aparıcısı, əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü, polkovnik Abdulla Qurbani olmuşdu. Hərbi parad Azərbaycan Dövlət Televiziyası ilə canlı yayımlanmışdır. Təntənəli yürüş Azərbaycanın Əməkdar İncəsənət Xadimi polkovnik-leytenant Rüfət Axundzadənin rəhbərliyi altında Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Orkestri ilə müşayiət olundu, parada "Azərbaycan Fanfarı" kompozisiyası ilə başlandı.


 Azərbaycan Ordusu bizim qürur yerimizdi!

 Əntriqə Rəşid

 

Digər Xəbərlər