adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
27 Sentyabr 2021 11:02
1371
DÜNYA
A- A+

Sosial DemokratlarAlmaniyada seçkinin qalibidir

Almaniyada keçirilən parlament seçkilərində Sosial Demokrat Partiyası (SPD) 25,7 faiz səslə birinci yeri tutub. Xristian Demokratik Birlik Partiyası və Bavariya əyalətində təşkil edilən müttəfiq  Xristian Sosial Birlik Partiyasından (CSU) ibarət olan ittifaqın səsləri 2017 seçkilərinə nisbətən 8,9 % azalıb. CDU və CSU ibarət koalisiya  İkinci Dünya Müharibəsindən sonra keçirilən parlament seçkilərində ən az səs toplayıb.

Təxminən 60,4 milyon seçicinin olduğu və kansler Angela Merkelin namizəd olmadığı Almaniyada parlament seçkilərində səsvermə dünən yerli vaxtla saat 18: 00 -da başa çatıb.

Federal Seçki Komissiyası 20 -ci Bundestaqın formalaşması üçün keçirilən parlament seçkilərinin müvəqqəti rəsmi nəticələrini açıqlayıb.

Maliyyə Naziri Olaf Sultsu baş nazirliyə irəli sürən Sosial Demokrat Partiyası səslərin 25,7 faizini qazanıb.

2017 seçkilərinə görə səs fərqini 5,2 %  artıran SPD 2002 -ci ildən sonra ilk dəfə seçki qutusundan birinci çıxıb.

Xristian Demokratik Birlik Partiyasının  rəhbəri Armin Laşetin baş nazirliyə namizədliyini irəli sürən Xristian Birliyi partiyaları 24,1 faiz səslə ikinci yerdə qərarlaşıb.

Yaşıllar Partiyası 4 il əvvəlki seçkilərlə müqayisədə səs nisbətini  5,8 % artıraraq 14,8 ilə üçüncü sırada ikən, səs nisbətini 0,7 bal artıran Azad Demokrat Partiyası (FDP) 11,5 faizlə dördüncü yeri tutub.

Mühacir və İslam əleyhinə olan Almaniya üçün Alternativ (AfD) partiyası 2017-ci illə müqayisədə 2,3 faiz geriləyərək 10,3 ilə parlamentdə təmsil olunacaq beşinci partiya olub.

Sol Partiya əvvəlki seçkilərlə müqayisədə 4,3 xal itirib və 4,9 ilə altıncı partiya olub.

5 faizlik seçki barajını keçə bilməməsinə baxmayaraq, ən azı 3 bölgədən millət vəkili qazanan Sol Partiya Almaniya Seçki Qanununa uyğun olaraq millət vəkilləri qazanıb və növbəti qanunverici dövrdə parlamentdə bir qrup olaraq təmsil olunacaq.

Müvəqqəti rəsmi nəticələrə görə, Sosial Demokrat Partiyası  parlamentdə 206, Xristian Demokratlar 196, Yaşıllar 118, Azad Demokrat Partiyası 92, Mühacir və İslam əleyhinə olan Almaniya üçün Alternativ Partiyası 83, Sol Partiya 3 deputatla təmsil olunacaq.

Əlavə olaraq, Danimarka azlığı tərəfindən qurulan və xüsusi tənzimləmə ilə seçki həddindən azad edilən Cənub Şlesviq Seçicilər Birliyi (SSW) 1 millət vəkili ilə parlamentdə iştirak edəcək.

 

İLTİFAT