adalet.az header logo
  • Bakı 6°C
  • USD 1.7
27 Sentyabr 2021 09:04
579
DÜNYA
A- A+

“Taliban”: Kabil hava limanı beynəlxalq uçuşlara hazırdır

Əfqanıstan paytaxtındakı Həmid Karzay hava limanının texniki çatışmazlıqları aradan qaldırılıb.

Bu barədə “Taliban” hökumətinin XİN təmsilçisi Əbdül Bahar Bəlxi bildirib.

O, bütün hava nəqliyyatı şirkətləri ilə əməkdaşlığa açıq olduqlarını bəyan edib.

Həmçinin, hava limanının artıq beynəlxalq uçuşlar üçün hazır olduğunu açıqlayıb.

 TRT