adalet.az header logo
  • Bakı 5°C
  • USD 1.7
27 Sentyabr 2021 08:57
591
DÜNYA
A- A+

Almaniyada seçkilərin ilkin rəsmi nəticələri açıqlandı

Almaniya Federal Seçki Komissiyası ölkədə keçirilən parlament (Bundestaq) seçkilərinin ilkin nəticələrini açıqlayıb.

Adalet.az-ın məlumatına görə, hazırda 299 dairədən 83 dairənin səsləri hesablanıb.

Məlumata əsasən, Almaniya Sosial Demokrat Partiyasına seçicilərin 24,8 faizi, Xristian Demokrat və Xristian Sosial İttifaqlar Blokuna isə 26,9 faizi səs verib.

Bildirilir ki, "Yaşıllar" partiyası 12,2 faiz, "Almaniya üçün Alternativ" partiyası 11,2 faiz, Azad Demokratik Partiya 10,8 faiz, Sol partiya 3,9 faiz səs toplayıb.

Digər partiyalara Alman seçicilərin cəmi 10 faizi səs verib.