adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
21 Sentyabr 2021 22:17
1097
GÜNDƏM
A- A+

 Ermənistanın sabiq prezidenti ilə cinayətkar "başçı" görüşdü: Səbəb...

Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan Qarabağdakı bandanın başçısı Araik Arutyunyanla görüşüb.


 Adalet.az  SputnikArmenia saytına istinadən xəbər verir ki, Levon Ter-Petrosyan görüşdə qondarma “dqr”in müstəqilliyin 30 illiyi münasibətilə A. Arutunyanı təbrik edib. 


 Qeyd edək ki, ötən ayın beşində hər iki erməni bir görüş də keçirmişdilər. Avqust ayında keçirilən  həmin görüşdə “qarabağlıların humanitar və sosial problemləri” müzakirə olunub. Eks-prezidentin mətbuat katibi Arman Musinyan bildirmişdi ki,  Qarabağda yaşayış evlərinin tikilməsi, iş yerlərinin yaradılması, “artsax”lıların qayıdışından, Ermənistanın bu məsələrin həllində iştirakından da danışılıb.


 Əntiqə Rəşid