adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
17 Sentyabr 2021 15:21
1597
GÜNDƏM
A- A+

Aygün Kazımovanın duet ortağı İrəvanda:  "Barev dzez, Yerevan"

Atası, xalis erməni, eyni zamanda tanınmış müğənni Bedros Kirkorov (Kirkoryan)  hər il qondarma “erməni soyqırımı” günündə Dağlıq Qarabağda “xatirə konsertləri”verib.

Adalet.az xəbər verir ki, Rusiyanın tanınmış müğənnisi Filipp Kirkorov bu gün İrəvana gedib. Onu   "Zvartnots" hava limanında "Yeni Dalğa-2021" mahnı müsabiqəsinin qalibi Saro Gevorkyan qarşılayıb.

 

Bu barədə ifaçı ”İnstagram” sosial şəbəkəsinin hekayə bölümündə məlumat verib.

İrəvan hava limanından qısa videoda "İrəvan! Barev dzez (salam), İrəvan! Qarşıla gəldim, İrəvan. Narahat olmağa heç bir səbəb yoxdur və olmayacaq" deyib.

 

Yadınızdadırsa, dəfələrlə Azərbaycana gəlib konsertlər verən xalq artisti 2020 –ci ilin oktyabrında sosial şəbəkədə erməni əsgər üçün dua etdi.Sosial şəbəkələrdə yayılan erməni əsgərinin fotosuna Filipp şərhdə onun üçün dua etdi.

İzləyicilər arasında birmənalı qarşılanmayan bu hərəkət hər kəsin tənqidinə tuş gəldi Sosial şəbəkə izləyiciləri F. Kirkorovun Azərbaycana bir daha buraxılmamasını, Aygün Kazımovanın isə onunla ifa etdiyi mahnıları “youtube” səhifəsindən silməsini tələb etdilər. Bir çox məşhur sima da Kirkorova öz etirazını bildirib.

 

Etirazlara prodüser Tarix Əliyev  müğənni Nurlan Təhməzli,  Ayan BabakişiyevaŞəbnəm Tovuzlu, Rəqsanə, əməkdar artist Nərgiz Cəlilova  və başqaları da qoşuldublar. Lakin F. Kirkorovun duet ortağı Aygün Kazımova məsələyə səssiz qalıb. O, Kirkorovla bağlı heç bir paylaşım etməyib və duetlərini rəsmi kanalından silməyib. Aygün Kazımova F. Kirkorovla bağlı səssiz qalması  sənətçinin sərt şəkildə tənqid olunmasına səbəb olub.


Qeyd edək ki, Kazımova ilə Kirkorov 2019-cu ildə  “Jalma” və “Can Azərbaycan” mahnılarını duet şəklində ifa etmişdilər.

Daha sonra Rusiya mətbuatı məşhurların sevgili olduğunu yazsa da, xalq artisti yayılan məlumatları şayiə adlandırmışdı:
“Filip ilə yaxın dostuq. Sevgili olduğumuz barədə yazılanlara gəldikdə isə  Filip ilə aramda heç nə yoxdur. Amma istəsəniz, sevgili olarıq”.

 

 Əntiqə Rəşid