SON DƏQİQƏ:

Faiq QİSMƏTOĞLU: İcra başçıları başının altına yastıq qoyub yatsa...

  907   |  
Şriftin ölçüsü  

Bu gün heç kimi aldatmaq və yola vermək olmaz. Çünki hamı hər şeyi yaxşı görür və bilir. Əgər hər hansı rayona yolun düşsə, sadə camaatla söhbət eləsən, onlarla çox yox, bir stəkan çay içsən, görərsən ki, o rayon icra başçısı haqqında  nə deyirlər. Yəni, yaxşıya yaxşı deyirlər, pisə də pis. Ən azından ona görə ki, elin gözü tərəzidir.

İcra başçısı var ki, həmişə camaatın içində olur, xalqın dərdinə, sərinə şərik çıxır, hətta rayonda əksər yas məclislərində belə iştirak edir. Yəni, xalq dilində demiş olsaq, camaatla gülüb, camaatla da kədərlənir. Belə icra başçıları başqalarının xətrinə dəyməsin, barmaqla sayıla bilər. Amma gəlin, onunla razılaşaq ki, elə icra başçıları da var ki, vəzifə kreslosunda oturan kimi özünü göyün yeddinci qatında hiss edir, camaata yuxarıdan aşağı baxır, problemlərin həlli üçün qəbuluna gələn adamları nəinki dinləmir, heç əksər vaxtı qəbul etmək istəmir. Bax, belə icra başçıları da az deyil.

Ona görə də  ölkə prezidenti cənab İlham Əliyev bir neçə gün bundan əvvəl videoformatda yeni təyin etdiyi Şəmkir rayon İcra Hakimiyyətinin başçısını və Cəlilabad rayon İcra Hakimiyyətinin başçısını qəbul edərkən öz tövsiyələrini verib. Deyib ki, siz keçmiş başçıların hərəkətlərindən nəticə çıxarmalı, gedib xalqa xidmət etməlisiz. Mən əvvəlki başçıları da vəzifəyə təyin edəndə bu tövsiyəni vermişəm. Amma təəssüf ki, onlar xalqa xidmət etmək əvəzinə özlərinə, qohum-əqrabalarına xidmət göstəriblər. Ona görə də onlar vəzifədən azad olundu və həbs olundular. Heç bir vəzifəli şəxsə güzəşt edilməyəcək. Hər bir vəzifəli şəxs ilk növbədə, xalqa və dövlətə xidmət etməli, bizim etimadımızı doğrultmalıdı. Sizi də bu vəzifəyə təyin edəndə bir daha həmin məsələləri yadınıza salıram ki, millətə və xalqa vicdanla qulluq edəsiniz. Biz hər hansı vəzifəli şəxsin fəaliyyəti ilə bağlı istənilən məlumatı əldə edə bilirik. Ona görə də bir daha sizə tapşırıram ki, öz işinizə vicdanla yanaşasınız, xalqa xidmət edəsiniz, rayonda böyük quruculuq və yenidənqurma işlərinə kömək göstərəsiniz.

Əlbəttə, bayaq dediyimiz kimi, elə icra başçıları var ki, prezidentin tapşırıqlarını  çox məsuliyyətlə və vicdanla yerinə yetirir. İlk gündən qolunu çırmayıb getdiyi rayonda xalqa söykənərək abadlıq və quruculuq işləri görür, ölkənin iqtisadi inkişafına təkan verir. Amma bəzi icra başçıları var ki, bir müddətdən sonra cənab prezidentin tövsiyələrini yadından çıxardır, unudur və öz bildiyi kimi işləyir. Yəni, rüşvətxorluq edir, korrupsiyaya qurşanır. Təbii ki, onlar da çox uzağa gedə bilmirlər və günlərin bir günündə öz əməllərinin və tamahlarının qurbanına çevrilirlər.

İcra başçıları başının altına yastıq qoyub yatsalar o rayonun daşı daş üstündə qalmaz. Ona görə də hər bir icra başçısı cənab prezidentin tapşırıqlarını vicdanla yerinə yetirməli, xalqa xidmət etməli, qohum-əqrəbası üçün yox, el-obası üçün can yandırmalıdır. Onsuz da hər bir rayonun minlərlə sakini çox yaxşı bilir ki, o icra başçısı qohum-əqrəbası və özü üçün işləyir, yoxsa el-oba üçün. Hər halda, bu gün nöqsanlara və neqativ hallara yol verən icra başçıları da var. Onlar daşı ətəklərindən tökməli, vicdanlı və ədalətli mövqe tutmalı, camaata arxa durmalıdılar.  Belə olmasa, sözün açığı xalqın dərisini soyan və içinə saman təpən icra başçılar gec-tez o kreslodan  düşəcək və məkanları da həbsxana olacaq.

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-10-27

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
October: 28 26 23 21 19 16 14 12 09 07

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK