adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
17 Sentyabr 2021 11:32
813
MƏMLƏKƏT
A- A+

Daha 2 koronavirus xəstəsinə cinayət işi açıldı

Sentyabrın 16-da daxili işlər orqanlarının əməkdaşları tərəfindən respublika ərazisində 6 aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb.

Bu barədə Adalet.az-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

Belə ki, polis əməkdaşları onlarla izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadıqları evə qaytarıb, bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.

Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə 2 nəfər barəsində cinayət işi başlanılıb.

Hazırda istintaq araşdırmaları davam etdirilir.