adalet.az header logo
  • Bakı -°C
22 Avqust 2026 00:25
53
DÜNYA
A- A+

Şimali Koreya nəhəng raketini Rusiyaya verdi

Şimali Koreya ilk dəfə olaraq Rusiyaya daha ağır "Hvasong-11C" (KN-30) ballistik raketlərini verib.

Adalet.az bildirir ki,  bu barədə Ukrayna Baş Kəşfiyyat İdarəsi məlumat yayıb.

Bildirilib ki, buna qədər Rusiya Şimali Koreyanın KN-23 və KN-24 raketlərindən istifadə edirdi. Bunun üçün Voronej vilayətinə təxminən Şimali Koreyanın 90 hərbi qulluqçusu göndərilib və onlar bu raketlər üçün altı buraxılış qurğusuna xidmət göstərir.