adalet.az header logo
  • Bakı -°C
21 Avqust 2026 23:26
66
İDMAN
A- A+

Ronaldu karyerasının 977-ci qolunu vurdu

Səudiyyə Ərəbistanı Pro Liqasının 2-ci turunun matçında "Ən-Nəsr" səfərdə "Ər-Riyad" komandasına darmadağınla qalib gəlib.

Adalet.az xəbər verir ki, görüş ölkənin son çempionunun 4:0 hesablı qələbəsi ilə başa çatıb.

Hücumçu Kriştiano Ronaldo bu mövsüm ilk dəfə "Ən-Nəsr"in heyətində meydana çıxıb. Portuqaliyalı ulduz 62-ci dəqiqədə əvəzetmədən oyuna daxil olub və 83-cü dəqiqədə fərqlənərək matçın yekun hesabını müəyyənləşdirib.

Bu, 41 yaşlı Ronaldonun klub və milli komandadakı oyunları nəzərə alınmaqla karyerasında 977-ci qolu olub.