adalet.az header logo
  • Bakı -°C
21 Avqust 2026 21:16
59
DÜNYA
A- A+

Ukraynada ticarət mərkəzi vuruldu - 14 ölü, 121 yaralı - YENİLƏNİB

Rusiya ordusu Dnepropetrovsk vilayətinin Krivoy Roq şəhərində yerləşən “Sonyaçna Qalereya” ticarət kompleksinə pilotsuz uçuş aparatı ilə zərbə endirib.

Adalet.az “Ukrainskaya Pravda”ya istinadən xəbər verir ki, hücum nəticəsində obyektdə güclü yanğın baş verib, yaralananlar var.

Dnepropetrovsk Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleksandr Qancanın sözlərinə görə, zərbə nəticəsində ticarət mərkəzinə ciddi ziyan dəyib.

Krivoy Roq Müdafiə Şurasının rəhbəri Oleksandr Vilkul isə ilkin görüntülərə əsasən, çoxlu sayda insanın xəsarət aldığını bəyan edib. Hadisə yerində dərhal qəza-xilasetmə əməliyyatına başlanılıb. Lakin bir qədər sonra şəhərə təkrar dron hücumu reallaşıb.

Vilkul sakinləri ehtiyatlı olmağa çağıraraq təhlükənin davam etdiyini bildirib:

“Ticarət kompleksinə reaktiv “Shaheed” dronu ilə təkrar hücum oldu. Çox aşağı hündürlükdə uçurlar. Təkrar zərbələrin olacağı istisna edilmir”.

***

Rusiyanın Krivoy Roq şəhərinə hücumu nəticəsində ölənlərin sayı 2, yaralananların sayı isə 15 nəfərə çatıb.

***

Ölənlərin sayı 5, yaralananların sayı isə 91 nəfərə çatıb. 21 nəfərin vəziyyəti isə ağır olaraq qiymətləndirilir.

***

Hadisə nəticəsində ölənlərin sayı 6-ya çatıb.

***

PUA zərbəsi nəticəsində yaralananların sayı 103 nəfərə çatıb, onlardan 11-i uşaqdır.​

***

Hadisə nəticəsində 14 nəfər ölüb. 22-si uşaq olmaqla, 121 nəfər yaralanıb, 29 zərərçəkmişin, 5 uşağın vəziyyəti isə ağır qiymətləndirilir.​