Bu, bizim yeni layihəmizdir.Düşündük ki, ölkəmizdə gedən möhtəşəm, böyük abadlıq, tikinti , quruculuq işlərini bu layihə adı altında dünyaya , cəmiyyətimizə çatdıraq! Qoy dünya və cəmiyyət bilsin ki, böyük müharibədən çıxmış, ölkəmizin 20 faiz torpağını erməni işğalından azad edərək ərazi bütövlüyümüzü tamamilə bərpa etmiş ölkəmizdə hansı möhtəşəm işlər görülür...
Zarafat deyil ey, 44 günlük İkinci Qarabağ savaşında həm yağı düşmən üzərində qalib gələsən, həm də ölkənin bütün regionlarında dünyaya səs salan belə quruculuq işləri görəsən! Bu işlərə hələ Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə ikinci dəfə xalqın tələbi ilə gələndən sonra başlanılmışdı. Belə ki, Ulu Öndər rayonlara səfər edir, orda insanlarla , ictimaiyyətlə görüşür , onlarla səmimi söhbətlər edir və mövcud problemlərlə elə yerindəcə tanış olurdu. Təbii ki, regionların sosial-iqtisadi problemləri daim Ulu Öndər Heydər Əliyevin diqqət mərkəzində olurdu. Məhz Ümummilli Liderin qayğısı və rəhbərliyi altında qısa zaman kəsiyində ölkəmizdə böyük quruculuq işlərinə start verildi. Və bütün rayonlarımızda möhtəşəm abadlıq işləri görüldü və regionlarımız tanınmaz dərəcədə dəyişdi və gözəlləşdi.
Ulu Öndərin bu xətti prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildi və gündə bu işlər daha geniş vüsət alıb. Həm işğalda azad olunmuş rayonlarda, həm digər regionlarda, həm də Bakıda və digər şəhərlərdə abadlıq işləri uğurla davam edir. Bu gün Bakı dünyanın ən gözəl şəhərlərindəndir. Hər dəfə xarici ölklərdən qayıdanda bir daha mən Bakının bir vətəndaş olaraq gözəllyinə heyran qalıram. Deyirəm, İlahi , belə gözəl şəhəri bizə bəxş etdiyin üçün min şükür! Bakıda möhtəşəm abadlıq işləri gedən rayonlarından biri də Suraxanı rayonudur.
Burda son illər bir- birindən gözəl sosial obyektlərlər, xəstəxanalar, məktəblər, uşaq bağçaları, idman kompleksləri, parklar, xiyabanlar salınıb. Rayonda Heydər Əliyev parkının öz gözəlliyi, öz füsunkarlığı var... "Neftçilər" , eləcə də digər parklar və xiyabanlar göz oxşayir...Adil Əliyev Suraxanı rayonunun icra hakimiyyətinin başçısı təyin ediləndən sonra burda abadlıq ,tikinti quruculuq işləri daha geniş vüsət alıb. Belə ki, rayon ərazisində Adil Əliyev köməkliyi və rəhbərliyi ilə yeni parklar , xiyabanlar, abad məhlələr salınıb. İndi isə Yeni Günəşlidə " Ana- bala" abidəsinin yanında iki hektara yaxın sahədə möhtəşəm park inşa edilir. Allah qoysa , həmin park 2027- ci ilin iyul ayının 1- də istifadəyə veriləcək. İndi həmin yerdə sürətli inşaat işləri həyata keçirilir, maşın və texnikalar hər gün işləyir...
İcra başçısı Adil Əliyev rayonun müxtəlif qəsəbələrinin sakinləri ilə tez-tez səyyar görüşər keçirir, prezidentə , dövlətə , xalqa sədaqət xidmət edir. Bir sıra saytlar və informasiya vasitələri isə onun gördüyü işə kölgə salmaq istəyir, şər-böhtan yazır . Amma xalqın gözü tərəzidir.Və Suraxanı rayonunun sakinləri çox gözəl bilirlər ki, Adil müəllim onların problemlərini həll edərək insanları sevindirir. Səyyar görüşlər zamanı qaldırılan problemlər operativ şəkildə həll edilir. Bu gün Suraxanı rayonunun Hövsan qəsəbəsində möhtəşəm bir futbol stadionu inşa edilir . Burda 15 yaşında uşaqların Futbol üzrə Dünya Çempionatı keçiriləcək.
Heç şübhəsiz ki, bu tikinti cənab prezident İlham Əliyevin xüsusi nəzarətindədir! Çünki ölkəmiz dəfələrlə idmanın müxtəlif növləri üzər Dünya Çempionatlarına ev sahibliyi edib və növbəti bir möhtəşəm addımdır. Bəli, şəharimizdən, eləcə də Suraxanı rayonununda çoxlu sayda parklar, xiyabanlar, yaşıllıqlar zolağı, güllər, çiçkələr var. Onları yaratmaq nə qədər böyük zəhmət, əmək tələb edirsə, bu füsünkarlığı, gözəlliyi qorumaq da bir o qədər əmək , diqqət tələb edir. Bu barədə Suraxanı rayonu Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi Mais Məmmədovla çox səmimi söhbətimiz oldu. Onu da xatırladaq ki, Mais müəllim dövlətə, prezidentə , xalqa son dərəcə sədaqətlə xidmət edib və edir , uzun müddətdir ki, bu sahədə çalışır. Başqa sözlə demiş olsaq, öz işini çox gözəl bilir.
Mais Məmmədovla dedi ki, Adil Əliyev rayona icra başçısı təyin ediləndən sonra abadlıq, tikinti və quruculuq işlərinə daha çox diqqət yetirilir. Cənab başçının keçirdiyi görüşlərdə mən də bir vəzifəli şəxs kim iştirak edirəm. Hörmətli başçımızın da bizdən tələbi odur ki, rayonumuzun bütün ərazilərini təmiz saxlayaq, prospektlərimiz, küçələrimiz səliqəli olsun, parklarımız , xiyabanlarımız göz oxşasın. Son vaxtlar Yeni Günəşlidə bir neçə park, xiyaban salınıb, abad məhlələr inşa edilib. Əksər yerlərdə bunlar rənglənib, həyətlərdə idman qurğuları quraşdırılıb, səliqə-sahman yaradılıb. Bunlar hamısı çox gözəldir. Amma təəssüf ki, bəzi hallarda həmin parklarda , xiyabanlarda sakinlər ağacların budaqların qırir, gülləri, çiçəkləri əzir, yaşıl otların üstündə gəzir, əllərindəki məişət tullantılarını zibil qutusuna deyil , yaşıllıqların içinə atırlar. Hələ mən siqaret kötüklərini, tumların qabığını demirəm.
Elə adamlara da irad tutanda deyirlər ki, sən kimsən? Ona görə də bu məsələ də bir ictimai qınaq da lazımdır. O gözəllikləri təkcə biz kommunal işçiləri qoruya bilmərik , bu işdə bizə bütün insanlar kömək etməlidir. Bax , siz gəlib bu işlərlə maraqlanırsınız çox sağolun.Bizim vəzifəmiz ərazimizdə bütün sahələrə xidmət göstərmək, səliqə-sahman yaratmaq, yaşıllıqları sulamaq, məişət tullantılarını vaxtında daşımaqdir. İnsanlar maarifləndirməlidir ki, gözəllikləri qoruya bilək. Elə adam var ki, aparılan məişət tullantılarının pulunu vermək istəmir, ancaq bizdən çox şey tələb edir . Bax ona görə də əhalinin maarifləndirilməsi işində televiziyaların , medianın üzrərinət böyük məsuliyyət düsür. Televiziyalarda bütün günü özünü reklam edən həkimləri və müğənniləri göstəirilər.
Heç mən onların heç birinə baxmıram da! Ondansa beş dəqiqə parkarın, xiyabların, həyətlərin təmiz saxlanılması ilə bağlı bir süjet göstəriləsə, bu daha yaxşı olar. Belə təbliğat olarsa , bu , insanların dünya görüşünə müsbət təsir edər , bəzi adamlar parklarda yaşıllıqları məhv etməz və məişət tullantılarını hara gəldi atmaz ! Əgər biz şəhərimizi təmiz , səliqəli, gözlə görmək istəyiriksə , hamılıqla bu işdə yaxından iştirak etməliyik!!


Bakı -°C
