Hamiləliyini sonlandırmaq istəyən 24 yaşlı qadın xəstəxanada öldü - FOTO
Bakıda 24 yaşlı hamilə qadın dünyasını dəyişib.
Adalet.az “Bakupost”a istinadən xəbər verir ki, hadisə Sabunçu Tibb Mərkəzində baş verib.
Belə ki, Tovuz rayon sakini Lalə Quliyevanın 5 aylıq hamiləliyi zamanı bətnindəki dölün qüsurlu olduğu müəyyən edilib. Bundan sonra qadın abort etdirmək qərarına gəlib.
Məlumata görə, abortdan sonra qadında güclü qanaxma baş verib və o həyatını itirib.
Qeyd olunub ki, bu, Lalə Quliyevanın ikinci hamiləliyi olub.


Bakı -°C

