adalet.az header logo
  • Bakı -°C
21 Avqust 2026 17:52
69
GÜNDƏM
A- A+

"“Bolt”a minməyin, fırıldaqçıdılar" - Cahangir Novruzov

Xalq artisti Cahangir Novruzov “Bolt” taksi xidmətindən şikayətlənib.

Adalet.az-ın məlumatına görə, aktyor bu barədə “Pozan” layihəsinə müsahibəsi zamanı danışıb. C.Novruzov verilişə gecikməsinə səbəb kimi taksi xidmətinin fəaliyyətindəki problemləri göstərib və şirkəti fırıldaqçılıqda ittiham edib:

“Verilişə 15 dəqiqə gecikmişəm. Təqsir məndə deyil. “Bolt”a minməyin. Həqiqətən də biabırçılıqdır. Çünki fırıldaqçılıq edirlər. Tətbiqi açırsan, tövsiyə ediləni seçirsən. İki dəqiqə yazılır, təsdiqləyən kimi 9 dəqiqə olur. 20-22 dəqiqə maşın gözləməli oldum. Üç maşını ləğv etdim. Məcbur olub daha bahalısını seçirsən, bu da psixoloji olaraq səni incidır”.